Qorxmaz Əlilicanzadə (tam adı: Qorxmaz Məmməd oğlu Əlilicanzadə; ) — Azərbaycanın ilk şoumeni, aktyor, ixtiraçı alim, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2019).

O, estrada artisti, estrada rejissoru, konfransye, ssenari müəllifi, həm də müğənni kimi fəaliyyət göstərir.

Q. Əlilicanzadə həmçinin yeni milli musiqi alətlərinin müəllifi kimi tanınır.

Həyatı Qorxmaz Məmməd oğlu Əlilicanzadə 1958-ci il oktyabrın 15-də Bakının Maştağa kəndində anadan olmuşdur. 1979-cu ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) "Kino və Dram Teatrı Aktyoru" fakültəsini, SSRİ xalq artisti Adil İsgəndərovun kursunu bitirmişdir. Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlamışdır.

Ailəsi Atası aktyor və rejissor Məmməd Əlili, oğlu isə aktyor Məmmədağa Əlilicanzadədir.

Yaradıcılığı Q. Əlilicanzadə sənət fəaliyyətinə erkən yaşlarından başlamışdır. O, ilk dəfə "Arşın mal alan" (1965) filmində epizodik rolda çəkilmişdir.

1970–1980-ci illərdə estrada sahəsində oynadığı rollar ona geniş tanınma qazandırmışdır. Belə ki, 1983-cü ildə Azərbaycanda keçirilən ilk "Estrada artistləri müsabiqəsi"nin laureatı olmuşdur. Sonrakı illərdə də müxtəlif estrada müsabiqələrində uğur qazanmışdır. 1985 və 1987-ci illərdə beynəlxalq estrada artistləri müsabiqələrində iştirak etmiş və həmin müsabiqələrin laureatı olmuşdur.

Q. Əlilicanzadə 1985-ci ildə Miniatür Teatrını yaratmışdır. Teatrda səhnələşdirilən satirik və komik tamaşalar tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

1990-cı ildə Azərbaycan Estrada Teatrını yaratmışdır. O, bu teatrın bədii rəhbəri və direktoru olmuşdur. 1991-ci ildə ilk olaraq "Oxşarlar" festivalını yaratmaqla Azərbaycanda şou proqramların və şou-biznesin təməlini qoymuşdur.

Q. Əlilicanzadənin Azərbaycanda gənc istedadlıların aşkara çıxarılmasında çox böyük əməyi vardır. Onun təşkilatçılığı ilə uzun illər keçirilmiş "7–17" müsabiqəsində və özünün "Şou Əlili" adlı əyləncəli proqramında xeyli gənc müğənni aşkara çıxarılmışdır. Bu gün bir çox gənc müğənni məhz həmin müsabiqələrdə formalaşmış və tamaşaçıların rəğbətini qazanmışdır.

O, 1992-ci ildə ilk dəfə olaraq "I Respublika Meyxana Müsabiqəsi"ni, 1998-ci ildə isə "II Respublika Meyxana Müsabiqəsi"ni keçirmişdir.

1993-cü ildə "Evlənmək istəyirəm" tamaşasında (Rauf İçərişəhərli) Teymur obrazını, "Silindr" tamaşasında (Eduardo de Filippo) iki fərqli xarakteri — Gənc və Qoca varlı məşuq obrazlarını canlandırmışdır. Bundan əlavə digər əyləncəli-estrada tamaşalarını yaratmışdır.

Q. Əlilicanzadə estrada artisti, estrada rejissoru, konfransye, şoumen (Azərbaycanın ilk şoumeni), ssenari müəllifi, həm də müğənni kimi fəaliyyət göstərir. Onun repertuarına Azərbaycan bəstəkarlarının əsərləri, xalq və aşıq mahnıları, eləcə də türk və xarici ölkə mahnıları daxildir. İfa etdiyi əsərlər arasında aşağıdakılar yer alır: № Mahnı Musiqi Sözlər Qeyd 1 Füzuli kantatası C. Cahangirov M. Füzuli Kantata 2 Kor ərəbin mahnısı F. Əmirov H. Cavid 3 Zibeydə T. Quliyev Zeynal Cabbarzadə 4 Vurulmuşam R. Məmmədov R. Məmmədov İlk ifaçı 5 Solmayan çiçəksən E. Mansurov İ. Dadaşov İlk ifaçı 6 Subaylıq N. Əzimov İ. Dadaşov İlk ifaçı 7 Limanlar R. Nəsiboğlu A. Rəsul 8 Sarıköynək Orta şəşəngi Aşıq Ələsgər Aşıq havası9MaralŞirvan gözəlləməsiAşıq Cavan HüseynAşıq havası10Nə bağ bildi, nə də bağbanŞirvan müxəmməsiŞakir HacıyevAşıq havası11Yalvara-yalvaraZil müxəmməsXeybər İgidəliyevAşıq havası12Dağlara-dağlaraOrta müxəmməsFərhad Əhliman oğluAşıq havası13Qurban olum"Orta Sarıtel"B. VətənoğluAşıq havası 14 Cavanlığım O. Kazımi Cabir Novruz 15 Sən nə biləsən X. İsmayılqızı X. İsmayılqızı 16 Bilməzdim Elza İbrahimova R. Heydər 17 Al məndən E. Sabitoğlu N. Xəzri 18 Darıxmışam T. Hacıyev İlhamə İlk ifaçı 19 Gecələr bulaq başı Elza İbrahimova B. Vahabzadə 20 Narın narın F. Sücəddinov Z. Əlişqızı 21 Qurban olum K. Qasımova V. Əziz 22 Kimlər gəldi, kimlər getdi A. Babayev Z. Xəlil 23 Step — — İlk ifaçı 24 Yalandır dünya A. Qafarov A. Qafarov İlk ifaçı 25 Bil sənə görə Elşən Nicat Şərafət Dağıstanlı İlk ifaçı 26 Yaşa mənim xalqım R. Məmmədov Z. Ağayeva 27 De görüm neyləmişəm F. Əmirov T. Elçin 28 Bu gecə Elşən Nicat Aygün Toğrul İlk ifaçı 29 Rəssam çək rəsmimi A. Qafarov A. Qafarov İlk ifaçı 30 İnsaf da yaxşı şeydir E. Sabitoğlu R. Rza 31 Ey mələk İtalyan mahnısı S. Yusifqızı (tərcümə) İlk ifaçı 32 Dənizçi Rauf Hacıyev Tələt Əyyubov "Əhməd haradadır?" filmindən 33 Bir zaman əhd etmişdik Mehriban Səfərova Mehriban Səfərova Mehriban Səfərova ilə duet 34 Ürəyim A. Qafarov A. Qafarov İlk ifaçı 35 Həyat gözəldir A. Qafarov A. Qafarov İlk ifaçı 36 Azar azar — — Türk mahnısı 37 Sen miydin? — — Türk mahnısı 38 Dost — — Türk mahnısı 39 Meyhaneci — — Türk mahnısı 40 İmkansız — — Türk mahnısı 41 Zalim — — Türk mahnısı 42 O leyli — — Türk mahnısı 43 Etirazım var — — Türk mahnısı 44 Son şarkım — — Türk mahnısı45Gözlərimə bax da söylə——Türk mahnısı 46 Baharlı yurdum M. Maqomayev N. Xəzri 47 Ninnə yarım — — Kərkük havası 48 Bizi bir yerdə görəndə Xalq havası İsmayıl Dadaşov Mehriban Səfərova ilə duet 49 Ləlah Fatimə — — Mərakeş mahnısı 50 Durnalar C. Cahangirov Q. Zakir 51 Özümə yazığım gəlir Rauf Məmmədov N. Kəsəmənli

Azərbaycan televiziyasında və radiosunda onun aparıcısı olduğu verilişlər yayımlanmışdır. "Səhər görüşləri", "Yeni il görüşləri", "Lətifələr", radioda "Sabahınız xeyir", radio pyeslərdə, yumoristik səhnəciklərdə müxtəlif obrazlar yaratmışdır. O, meyxana verilişlərində çıxış etmiş, həmçinin müxtəlif kino və seriallarda, reklamlarda rol almışdır. Bu fəaliyyətlər nəticəsində daha geniş auditoriyaya təqdim olunmuşdur.

Filmoqrafiya

Arşın mal alan (film, 1965) Dəli Kür (film, 1969) Yuxu (film, 2001) Yaz yuxusunun işığı (film, 1996) Bir cənub kəndində Güllələnmə təxirə salınır!... (film, 2002) QAZ (film, 2005) Qala (film, 2008) Ölüm növbəsi (film, 2009) Qayınana (serial, 2011) Tərsinə çevrilən dünya (film, 2011) Vəkil hanı? (film, 2011) Sübhün səfiri (film, 2012) Axırıncı dayanacaq (film, 2014) Zəng (film, 2014) Dələduzlar (tele-film, 2014) Əbədi ezamiyyət (film, 2016) Köşk (film, 2017) Babayevlər ailəsi (serial 2015) Sənin deyil (serial, 2016) Hippokratın andı (serial 2016) Kolxoz 85 (serial) Durnalar qayıdanda (serial 2017) Bizim restoran (serial 2019) Oxşarabad 2 (film 2020)

Tamaşaları "Bir kəlmə xoş söz" (1985) "Evlənmək istəyirəm" (1993) "Silindr" (1994) "Gülməliyik" (2007)

Fəaliyyəti Elmi-pedaqoji fəaliyyəti 25 noyabr 2009-cu ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun "Kulturologiya və incəsənətin nəzəriyyəsi" şöbəsində çalışır və hazırda bu institutun aparıcı elmi işçisidir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərmişdir.

Onun elmi fəaliyyəti əsasən estrada sənətinin tarixi, orta əsrlərdə Azərbaycan mədəniyyətində sənət formalarının tədqiqi, həmçinin kulturologiya sahəsində fundamental araşdırmaları əhatə edir. 26-dan artıq elmi məqalənin müəllifidir. Tədqiqatları sistemli şəkildə 2004-cü ildən başlayaraq inkişaf etmişdir, ilkin işlər estrada sənətinin tarixinə həsr olunmuş, sonrakı illərdə orta əsrlər dövrünə diqqət yetirilmişdir. Ən mühüm əsərləri arasında "Estrada sənətinin tarixi" (2004), "Orta əsrlərdə nəqqalların ifaçılıq formaları" (2013) və "Estrada sənətinin qlobal problemləri" (2012) kimi məqalələr xüsusilə vurğulanır. Bu əsərlər elmi yenilik kimi estrada sənətinin köklərini və müasir çağırışlarını təhlil edir, praktiki əhəmiyyəti isə Azərbaycan mədəni irsinin qorunması və təbliğindədir. Onun tədqiqatları Azərbaycanın mədəni və incəsənət tarixinə əhəmiyyətli töhfələr verir.

İxtiraçılıq fəaliyyəti Q. Əlilicanzadə 2014-cü ildən yeni milli musiqi alətlərinin ixtiralarına başlamışdır:

Əlbuta, Qorbuta (zil), Canbuta, Canqor, Əlqor, Bəm Qorbuta, Qorney, Cannur, Canqopuz.

Mükafatları 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycanlı rejissorlar Kateqoriya:Azərbaycanın kişi müğənniləri Kateqoriya:Ssenaristlər