Düriyyə Rəhimova () — Dağıstanın xalq artisti.
Həyatı Düriyyə Rəhimova 1929-cu ildə martın 15-də Quba rayonunun Qımıl kəndində anadan olmuşdur. Quba Dövlət Dram Teatrında işləməyə başlamışdır. Quba Dövlət Dram Teatrı bağlandıqdan sonra Dağıstan Filarmoniyasına dəvət almış və orada işləmişdir. Sonralar Ləzgi Dövlət Teatrında fəaliyyət göstərmişdir. Dərbənd Azərbaycan Dövlət Dram teatrının yaradıcılarından biridir. Onlarla yadda qalan rolları vardır.
2014-cü ilin mart ayında uzun sürən xəstəlikdən sonra 85 yaşında yaşadığı Dərbənd şəhərində vəfat etmişdir.Dağıstanın xalq artisti olan həmyerlimiz vəfat edib qafqazinfo.az
İstinadlar
Xarici keçidlər http://www.youtube.com/watch?v=vzl2NubLIT0
Kateqoriya:Teatr aktyorları Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Dağıstan MSSR xalq artistləri Kateqoriya:Dağıstan MSSR əməkdar artistləri