Məlahət Elman qızı Abbasova () — Azərbaycanlı aktrisa, İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini (2016-cı ildən). Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2014)
Həyatı Məlahət Abbasova hazırda Türkiyədə yaşayır. 2016-cı ildə İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini seçilib.
18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar İncəsənət Xadimi" fəxri adı ilə təltif edilib
M. Abbasova 2019-cu ildən etibarən Türkiyədə "Kanal 7"də yayımlanan "Yemin" serialında Münəvvər xarakterini canlandırdı.
Filmoqrafiya İmtahan (film, 1987) Sən həmişə mənimləsən (film, 1987) Sürəyya (film, 1987) Fatimə (film, 1988) Bizim qəribə taleyimiz (film, 2005) Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film)-rol: Yasəmən Sübhün səfiri (film, 2012) Min bir gecə (teleserial, 2006) Mahmud və Məryəm (film, 2013) Əsarət (teleserial, 2022)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Türkiyə aktrisaları