Əhməd Muxtar oğlu Səfərov (Anatollu) () — Azərbaycan teatr aktyoru, məzhəkə ustası, Azərbaycan SSR əməkdar artisti (1940).
Həyatı Əhməd Anatollu 7 noyabr 1894-cü ildə Bakıda, əslən Maştağalı olan şair Muxtar Bisavadın ailəsində doğulmuşdur. Səhnəyə ilk dəfə 1912-ci ildə Hüseyn Ərəblinskinin "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında hazırladığı "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşasında çıxmışdır. "Nicat" truppasında, "Zülfüqar bəy və Üzeyir Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr dəstəsinin tamaşalarında oynamışdır. Dövrünün qabaqcıl aktyorları ilə Orta Asiya ölkələrinin böyük şəhərlərinə, İdil çayı (Volqa) boyundakı türkdilli şəhərlərə, İrana, Rəştə, Ənzəliyə, Tehrana qastrol səfərlərinə çıxmışdır.
Əhməd Səfərov milli estrada teatrı janrında fəaliyyət göstərən ilk sənətkarlardan biridir. "Anatollu" onun səhnə təxəllüsüdür. 1922–1925-ci illərdə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, 1923–1924-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında aktyor işləmişdir. 1926-cı ildə Tiflis Dövlət Türk Dram Teatrının kollektivinə qəbul olunmuş, 1927-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Estradasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərmişdir. 1939–1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1949-cu ildən təqaüdə çıxana qədər isə Azərbaycan Dövlət Filarmoniyasında işləmişdir.
Əhməd Anatollu 7 aprel 1973-cü ildə Bakıda vəfat etmişdir.
Kitabları Kupletlər. Bakı: Ali Siyasi Maarif İdarəsi, 1925. Şapalaq: türk səhnəsinin aktyoru Əhməd Anatolinin yazdığı kupletlər. Bakı, 1927. Çuvalduz (kupletlər). Bakı: Azərnəşr, 1930. Öz aramızda qalsın. Bakı: MBM, 2015. Əlli il Azərbaycan səhnəsində. Bakı: Ecoprint, 2017.
Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Şərəf nişanı" ordeni — 17 aprel 1938 "Qafqazın müdafiəsinə görə" medalı — 1946 "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
İfa etdiyi əsas rollar
Tənqid və Təbliğ Teatrında
Rol Tamaşa Müəllif İkinci Nikolay Romanovların son günləri Aleksey Tolstoyun romanı əsasında Boqdanoviç 1881-ci il Nikolay Şapovalenko Qənbər Anamın kitabı Cəlil Məmmədquluzadə Olivye Paris Notrdam kilsəsi Viktor Hüqo Mironov Qızıl trenlər Vladimir Kirşon Uspenski Hücum Boris Lavrenyov
Azərbaycan Dövlət Dram Teatrında
Rol Tamaşa Müəllif Cavad Dağılan tifaq Əbdürrəhim bəy Haqverdiyev Məhərrəm Müsibəti-Fəxrəddin Nəcəf bəy Vəzirov Şeyx Əhməd Ölülər Cəlil Məmmədquluzadə Zaman Anamın kitabı Cəlil Məmmədquluzadə Keşiş Şeyx Sənan Hüseyn Cavid Papas Qaçaqlar Fridrix Şiller Anferon de Marti Nel qülləsinin sirri Aleksandr Düma Xaço Qaçaq Kərəm Vano Mçedaşvili
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
Rol Tamaşa Müəllif Hambal və Həsən bəy Məşədi İbad Üzeyir Hacıbəyov Kəblə Qubad Ər və arvad Üzeyir Hacıbəyov Mirzə Həbib Lənkəran xanının vəziri Mirzə Fətəli Axundov və Niyazi Orduxan bəy Əlli yaşında cavan Zülfüqar Hacıbəyov Güloğlan Aşıq Qərib Zülfüqar Hacıbəyov Kəblə Hacı Evliykən subay Zülfüqar Hacıbəyov Qoşun Toy kimindir? Məhərrəm Əlizadə və Ağası Məşədibəyov Makar Keto və Kote Vladimir Dolidze Kəblə Hüseynəli Beş manatlıq gəlin Məmməd Səid Ordubadi və Səid Rüstəmov
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan teatr xadimləri Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr Azərbaycan aktyorları