Nazim Pişyari və ya Faytonçu Nazim olaraq da tanınır. () — Azərbaycan müğənnisi, aktyoru.

Həyatı 1968-ci il avqustun 26-da Lənkəranda anadan olub. 1985-cı ildə Bakı şəhəri 26 saylı orta musiqi məktəbinin klassik gitara və ümumi fortepiano şöbəsini bitirib. 1988-1991-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb. 1990-cı ildən peşəkar səhnədədir. 1994-cü ildə İsveç və Norveçdə qastrol səfərlərində olub. 1995-ci ildə "Kainat" qrupunu yaradıb. 1998-ci ildə "Kainat" qrupuyla Almanıyanın bir sıra şəhərlərində qastrolda olub.

2025-ci ilin yanvarında şemik insult keçirib, yıxılaraq kəllə beyin travması alıb.

Filmoqrafiya Məşədi İbad-94 (film, 2005)

İstinadlar

Xarici keçidlər Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanlı mühəndislər Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Maşın Şounun iştirakçıları