Hersoq (kişi), hersoginya (qadın) (, , , ) qədim germanlarda əsli-nəcabətli nəsildən seçilmiş hərbi rəhbər, orta əsrlərdə tayfa başçısı (knyaz), feodalizm dövrünün sonları, kraldan sonra birinci iri torpaqlara və mülklərə sahib, vassal statuslu mülkədarlara verilən titulu. Onun malik olduğu əraziyə hersoqluq deyilir.
Frank Dövlətinin böyüməsi, german hersoqlarının kral səlahiyyətlərini əldə etməsinə səbəb olur. Lakin sonralar mərkəzləşdirmə siyasəti aparan imperator Böyük Karl (768—814), separatizm meyillərinə qarşı mübarizə apararaq hersoqluqları ləğv edir. Böyük Karlın müxtəlif tayfa və xalqları birləşdirməklə yaratdığı imperiya onun ölümündən sonra parçalandı. Fransa, İtaliya və Almaniya ərazilərində hersoqluqlar yenidən meydana çıxmış olurlar. İngiltərədə hersoq titulu şahzadədən sonra, markizdən öndə gəlir. Avstriyada şahzadələri fərqləndirmək üçün onlara 1453 cü ildən etibarən “erçhersoq” ya “arxhersoq” ya da “arxduk” titulu verilirdi.
Rusiya imperiyasında hersoq titulu knyaz tituluna bərabər tutulurdu. Aleksandr Menşikov yeganə rus zadəganıdır ki, “İjor hersoqu” titulunu daşımışdır. Hersoqluq Adətən hersoqun hökmranlığı altında olan monarx dövləti hersoqluq adlandırılır. Hersoqluqda dövlət idarəçiliyi əsasən tarixi dövlətlərdə monarxiyanın mütləq formasına, müasir dövrümüzdə isə parlamentar ya konstitusion idarə üsuluna əsaslananır.
Hersoq tacları
Oxşar titullar Knyaz () qədimdə slavyanlarda monarx titulu. Daha sonralar feodal monarx dövlətinin başçısı. “Fürst” (, = birinci) — ali aristokrat titulu — “hersoq”. “Qrosfürst” (, — “Böyük knyaz”, “Böyük hersoq”, “Erçhersoq” ya “Arxhersoq” “Kurfürst” (, hərfi — “seçilən–knyaz” , — “seçim, seçilən” və — “knyaz”; ) Qraf, qrafinya(; anlamı “yoldaş”), , və yaxud count) — Qərbi Avropada zadəgan titulu. Onun malik olduğu əraziyə qraflıq deyilir.
Müasir hersoqluq və hersoqlar 120px|thumb|Böyük hersoq Henri Hersoqluq — Lüksemburq Bayraqları — Quruluşu — konstitusiyalı monarxiya Başçısı — Böyük hersoq — Nassau sülaləsindən (2001) Henri Müasir dövrümüzdə yeganə “Böyük hersoq” titulu Lüksemburqda saxlanılmaqdadır.
İstinadlar
Kateqoriya:Hersoqlar Kateqoriya:Zadəgan titulları Kateqoriya:Per titulu Kateqoriya:Feodalizm Kateqoriya:Hüquq tarixi