Norman Foster (1 iyun 1935, Mançester) — ingilis memar.
Memarlıq təhsili ilk olaraq Mançestr Universitetində alan Norman təhsilini Yeyl Universitetində usta olaraq tamamladı. Dünya səviyyəsində bir çox komitəyə qatılan və yüzlərcə mükafata layıq görülən Norman Fosterin bir çox tanınmış layihəsi vardır. Millau Körpüsü (Fransa, dünyanın ən yüksək körpüsü), Honq Konq Beynəlxalq Hava limanı, Uembli stadionu kimi dünya üzrə tanınmış sayısız memarlıq layihələrinə imza atdı.
2002-ci ildə Pritsker mükafatına layiq görülmüşdür.
Tanınmış işləri 1970–1971, IBM Ofis Binası, Koşam, Portsmut, İngiltərə 1971–1975, Uillis Binası, İpsviç, İngiltərə 1974–1978, Sainsbari İncəsənət Mərkəzi, İst Anqliya Universiteti, Norviç, İngiltərə 1983, Renault Buraxılış Mərkəzi, Suindon, İngiltərə 1979–1986, HSBC Mərkəz Binası, Honq Konq 1993, Kinqs Norton Kitabxanası, Kranfild Universiteti 1991–1997, Commerzbank Qülləsi, Frankfurt, Almaniya 1992–1998, Honq Konq Beynəlxalq Hava limanı, Honq Konq 1997–2004, Meri-eks göydələni, London 1999, Reynçtanqın bərpası, Berlin, Almaniya 2006, Harst Qülləsi, Nyu-York, ABŞ 2002–2007, Uembli Stadionu, London, İngiltərə 2014, Apple Store, Zorlu Mərkəzi, İstanbul, Türkiyə
Qalereya
Mənbə Türk Vikipediyasında 6 dekabr 2009-cu ildə yaradılmış "Norman Foster" məqaləsi
İstinadlar
Kateqoriya:Mançesterdə doğulanlar Kateqoriya:Pritsker mükafatı laureatları Kateqoriya:İngiltərə memarları Kateqoriya:İngilis memarlar Kateqoriya:Britaniya imperiyası ordeninin Böyük Xaç cəngavəri Kateqoriya:Cəngavər bakalavrları