Ovdan — yağış, süxur və kəhriz sularını yığıb saxlamaq üçün xüsusi hidrotexniki qurğu. Ovdan bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda geniş yayılmışdır.

Ovdanlar yerüstü və yeraltı hissələrdən ibarətdir. Yerüstü hissə adətən bəzədilmiş tağ formasında tikilən girişdən ibarətdir. Müəyyən dərinlikdə su olan yeraltı hovuz yerləşir və həmin yerə maili pilləkənlə enilir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Tikililər Kateqoriya:Ovdanlar Kateqoriya:Su obyektləri