Surxandərya vilayəti (özb. Surxondaryo viloyati) — Özbəkistanın ən cənub vilayətidir. İnzibati mərkəzi Termez şəhəridir. 6 mart 1941-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmışdır.s:Указ Президиума ВС СССР от 06.03.1941 года об образовании Андижанской, Наманганской и Сурхан-Дарьинской областей в составе Узбекской ССР. Coğrafiyası Vilayətin mərkəzi və cənub hissələri düzənlikdir. Şimalda Hissar dağ silsiləsi, qərbdə və şimal-qərbdə onun təpələri - Baysuntau (4425 m) və Göytendağ (3139 m) dağları, şərqdə Babataq silsiləsi (2290 m-ə qədər), cənubda Amudərya çayının vadisi yerləşir. Cənubda Əfqanıstanın Bəlx vilayəti, cənub-qərbdə Türkmənistanın Lebap vilayəti, şimal-qərbdə Qaşqadərya vilayəti, şərqdə Tacikistanın Xatlon vilayətinin Nosiri-Xusrav və Şahritus rayonları ilə həmsərhəddir, şimal-şərqdə - Tacikistanın Respublika tabeliyində olan rayonları - Tursunzadə, Rudaki və Şahrinav ilə, şimalda - Tacikistanın Soqd vilayətinin Aynin və Pencikent rayonları ilə həmsərhəddir.
Milli tərkibi 2022-ci il avqustun 1-nə Surxandərya vilayətinin əhalisinin sayı 2,771,100 nəfər təşkil edib - bu, Özbəkistanın regionları arasında 7-ci yerdir (14-dən).
+ 2021-ci il üçün Özbəkistanın Surxandərya vilayətinin əhalisinin milli tərkibi Milliyyət Əhali, nəfər bütün əhaliyə nisbətdə %-i Özbəklər 84,49 Taciklər 12,46 Türkmənlər 1,23 Ruslar 0,80 Tatarlar 0,26 Ukraynalılar 0,13 Qaraçılar 0,12 Qazaxlar 0,10 Beloruslar 0,06 Azərbaycanlılar 978 0,04 Koreyalılar 734 0,03 Ermənilər 306 0,01 Yəhudilər 220 0,01 Moldavanlar 210 0,01 qaraqalpaqlar 194 0,01 Qırğızlar 159 0,01 Gürcülər 157 0,01 Digər xalqlar 0,24
İstinadlar
Kateqoriya:Özbəkistan vilayətləri Kateqoriya:Surxandərya vilayəti Kateqoriya:1941-ci ildə yaranmış dövlətlər və ərazilər