Pol Xlebnikov ( ) — ABŞ jurnalisti. "Forbes" jurnalının Rusiya versiyasının baş redaktoru olan Xlebnikov rus əsilli amerikalı idi.
Həyatı Pol Xlebnikov 2004-cü il iyulun 9-da "Forbes" jurnalının redaksiyasından çıxan zamanı muzdlu qatil tərəfindən qətlə yetirilmişdi.
Jurnalistika fəaliyyəti 2000-ci ildə işıq üzü görən "Kremlin xaç atası Boris Berezovski, yaxud Rusiyanın qarət olunma tarixi" və 2003-cü ildə yazdığı "Barbarla söhbət" kitablarında biznesmen Boris Berezovskini və çeçen səhra komandiri Xocəhməd Nuxayevi çoxsaylı cinayətlərdə ittiham etmişdi. Bundan başqa, 2004-cü ildə ölümündən bir neçə ay əvvəl "Forbes" jurnalında Rusiyanın ən zəngin insanlarından ibarət reytinq siyahısı da tərtib etmişdi. Siyahıya bir sıra nüfuzlu biznesmenlər və siyasətçilər daxil edildiyi üçün jurnalistə qarşı təzyiqlər artmışdı.
Şəxsi həyatı
Həmçinin bax Boris Nemtsov Anna Politkovskaya Boris Berezovski
İstinadlar
Xarici keçidlər Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:Öldürülmüş jurnalistlər Kateqoriya:Rusiyada odlu silahdan ölənlər Kateqoriya:ABŞ jurnalistləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Rusiyada üstü açılmamış cinayətlər