250 px|right
Zəif bənd — televiziya oyunu.
Layihə veriliş kimi ilk dəfə 2000-ci il 14 avqust tarixində BBC telekanalında yayımlanmağa başlayıb. Bu layihəni Anna Robinson adlı məşhur qadın aparıcı yaratmışdır. Bu veriliş həm də bilik oyunudur. Sonralar veriliş Azərbaycan, ABŞ, Sinqapur, Türkiyə, Rumıniya, İspaniya, Meksika, İtaliya, İsrail, Makedoniya Respublikası, Cənubi Afrika, Tailand, Sloveniya, Fransa, Honkonq, Braziliya, Almaniya, Çili, Şimali Koreya, Yaponiya, Çin, Çexiya, Yunanıstan, Şotlandiya, İrlandiya, Livan, Rusiya, Serbiya, Portuqaliya və Polşada yayımlanmağa başlayıb.
Azərbaycanda veriliş ilk dəfə Lider TV tərəfindən 2001-ci ildən yayımlanmağa başlanmışdır. İlk aparıcısı Kamilə Babayeva olmuşdur. 2006–2011-ci illərdə veriliş dayandırılmışdır. 2011-ci ilin noyabrından veriliş Lider TV-də bərpa edilir və yeni aparıcısı Solmaz Süleymanlı olur. Veriliş hər şənbə günü saat 18:00-da yayımlanırdı, lakin 2014-cü ildə veriliş yenidən bağlanılmışdır.
Oyunun qaydaları Oyunda 9 iştirakçı olur. Əvvəlcə onlar bir otaqda otururlar və söhbət edirlər. Oyunun hər raundunun axırında hər oyunçu digər şəxsin adını yazır. Beləcə ən çox kimin adı çıxarsa, o həmin raundu tərk edir. Tərk edən şəxs digər bir otaqda öz iradlarını bildirir. Adlar heç-heçə olarsa, raundun ən güclü bəndinə istədiyi birini çıxartmağa icazə verilir. Oyunda pas və bank sözləri işlədilir. Belə ki, əgər səndən qabaqkı oyunçu suala doğru cavab verərsə, pulların itirilməməsi üçün həmin oyunçu bank deyir. Verilən sualın cavabını bilmədiyi zaman pas deyə bilər və beləcə aparıcı doğru cavabı səsləndirir.
Oyunda xallar mövcuddur.
Qiymət (AZN) 1,000 800 600 400 200 100 75 50 25 0
Verilişin başlanğıcı və sonu Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da verilişin əvvəlində aparıcı bu ifadələri deyir: ""Zəif bənd" oyununa xoş gəlmisiniz", qaydaları deyir və iştirakçılarla tanış olur. Verilişin sonunda isə ""Zəif bənd" oyununa baxdınız, bu sadəcə bir oyun idi. Hələlik!". Digər ölkələrdə isə:
İngiltərə — Welcome, to the Weakest Link Tailand — İnbintan japha kosorayta so Weakest Link Kamçatçuta Ermənistan — İn yerki nerk şadneni Amenatyum qnam ayrik siteren
Xarici ölkələr 200px|thumbnail|Verilişin yayımlandığı ölkələr Ölkə Aparıcı Adı Telekanal Ən böyük məbləğ Yayımlandığı illər Kamilə Babayeva,Solmaz Süleymanlı Zəif bənd Lider Televiziyası 1000 AZN 2001–2006 2011–2014 Sonja Zietlov Der Schwdchste Fliegt RTL Televiziyası 50.000 2001–2004 Fuatso Silva Ponto Frako TV Globo 1.000.000 2008-ci ildən Siranuş Mheryan Amenatyum qnam ayrik Arm2 tv 800 2007–2009 Çen Lu Yu Nanjing Tv 200.000CN 2001–2009 Suzanna Sloviková Máte podékol TV Nova 1.000.000 2004 Nino Burduli Susti Rgoli Rustavi2 50.000 2007–2009 George Gray Weakest Link CNBE-e 100.000dollar 2002 Hülya Uğur En zayıf halka Show TV 100.000.000TL 2001–2002 Nuria Gonzālez El rival más débil TVE1 7.200Avro 2002–2004 Cui Lixin Çı şou şindin Kanal 8 100.000Dollar 2001–2002 Neena Gapta Kamzor Kadi Kaun Star tv 2.500.000rupi 2003 Mariya Kiselyova Слабое Звено ORT (2001–2005) Mir 24 (2020 ildən) 1.000.000 Rubl 2001–2005 ; 2020 ildən Nikolay Fomenko Слабое Звено 5 kanal 1.000.000 Rubl 2007–2008 Pnina Dvorin, Hana Laszlo Xuliya xaleşa Kanal 10 90.000 2002–2004 Enriko Papi L‘Anello Debole Italya1 TV 1.000.000 2002 Ann Robinson Weakest Link BBC 50.000 Avro 2000–2012 Andrea George Lantul Slăbiciunilor ProTv 50.000 2001 Elena Akrita O Pio Adynamos Krikos MEGA 15.000Avro 2001–2003 Montserrrat Ontiveros El Rival Más Débil Tv Azteca $200.000 2003–2008 Lola Cortes El Rival Más Débil Tv Azteca $200.000 2013–2014 Karol Çeng TVB Jade 3.000.000 2001–2002
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İntellektual oyunlar