Nortamberlend boğazı - Kanadanın şərqində Müqəddəs Lavrentiya körfəzinin cənubunda Şahzadə Eduard adasını Yeni Şotlandiya və Nyu-Bronsuik vilayətlərindən ayırır. Dərinliyi şərqdə 68 m, mərkəzdə 20 m, uzunluğu 225 km, eni 13–43 km təşkil edir. Boğazın dar yerində adı Abequeyt adlandırılır. 1997-ci ildə boğazın üzərində Konfederasiya körpüsü tikilmişdir. İyul ayında temperatur 20 °C-ə qədər qalxdığı halda dekabrdan aprelə qədər buzla örtülü olur.
Əfsanə Əfsanəyə görə 1786-cı ildən boğazda uçan hollandiyalı görünür. Bu ruhun tez-tez göründüyü ərazi məhz Nortamberlend boğazıdır.
İstinad
Kateqoriya:Atlantik okeanının boğazları Kateqoriya:Kanada boğazları Kateqoriya:Şimali Amerika boğazları Kateqoriya:Yeni Şotlandiya boğazları