() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Təsviri Qanadları açıq halda 50-60 mm-dir. Qanadların üst tərəfi bozumtul-qəhvəyi rəngdə olub, kənarlarından enli, kərpici rəngli zolaq keçir. Ön qanadlar üzərində 1-2 qara gözcük vardır. Arxa qanadların alt tərəfi bozumtul qum rəngdədir, üzəri tünd rəngli qeyri-dəqiq ştrixlərlə örtülmüşdür (tez-tez qonduğu daşlara, torpağa mimikriya edir).
Yayılması Şahdağ və Babadağ ərazilərində, Qafqazın cənub yamaclarında yayılmışdır.
Həyat hərzi Qaya bitkiləri yetişən sıldırım daşlı qayalarda yaşayır. Kəpənəklər iyulun ikinci yarısında və avqustda uçurlar. Tırtılları yazda və yayın əvvəllərində yabanı dənli bitkilərlə qidalanır. Yumurtalar qışlayır. İldə bir nəsil verirlər. Təbii düşməni və xəstəlikləri məlum deyil.
Sayı R.Əffəndi tərəfindən Şahdağ ərazisində 5 kəpənək qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların güclü yağıntıların əmələ gətirdiyi sürüşmələr nəticəsində dağılması, mal-qaranın otarılması, həvəskar kolleksiyaçılar tərəfindən kommersiya məqsədilə tutulması məhdudlaşdırıcı amillərdəndir.
Qorunması üçün qəbul edilmiş tədbirlər Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Azərbaycanda kəpənəyin biologiyasının ətraflı öyrənilməsi, onun yaşadığı ərazilərə monitorinqlərin təşkil edilməsi qorunması üçün məsləhət görülən tədbirlərdəndir.
İstinadlar
Həmçinin bax