() — aləminin tipinin sinfinə aid heyvan kladı.
Yura dövründən Təbaşir dövrünə qədər ki, müddətdə (200–85 milyon öncə) yaşamışlar. Bütün materiklərdə infradəstəyə 130 növ, 13 fəsilə və 70-ə yaxın cins daxildir. Zauropodlərin bütün nümayəndələrinin nəsli kəsilmişdir. Ən çox adı çəkilən nümayəndəri: Diplodocus, Brachiosaurus və Apatosaurus.
Məlumat Zauropodlar öz növbəsində nəhəng dinozavrları birləşdirir. Bu nəhənglik bütün bədən üzvləri ilə birlikdə nəzərdə tutulur. Onla elə də böyük olmayan başlar və uzun boğazlara malik imişlər. Bəzi növlərdə boyunlar 9–11 metr olurdu. Dişləri isə kiçil olurmuş. Bu nəhənglərin ümumi çəkiləri 15–35 ton təşkil edirmiş. Bu qrupun ən iri nümayəndəsi Seismosaurusdur ki, onunda uzunluğu 36 metr olurmuş.
Kəllə Zauropodlar bədən ölçülərinə görə kiçik kəlləyə sahib olurlar. Bədənlərinin digər yerlərinə nisbətdə paleontoloqlar üçün kəllələr nadir tapıntı hesab edilir. Bütov kəllənin tapıntısı az məlumdur. Bu səbəbdən paleontoloqlar bu məsələ ilə daha çox maraqlanırlar. 2010-cu ildə yaxşı saxlanılmış kəllə aşkarlanmışdırChure, Daniel; Britt, Brooks; Whitlock, John A.; and Wilson, Jeffrey A. (2010). "First complete sauropod dinosaur skull from the Cretaceous of the Americas and the evolution of sauropod dentition". Naturwissenschaften 97 (4): 379–391. doi:10.1007/s00114-010-0650-6 ..
Ayaqlar Kərtənkələayaq dinozavrlar adlanmasına baxmayaraq onların ayaqları filin ayaqlarına bənzəyir. Ön ayaqları bura daxil növlərin çoxunda arxa ayaqlarına nisbətən uzun olur. Bu isə bu canlıların arxa ayaqları üzərində duraraq iri ağacların yarpaqları ilə qidalanırdılar. Bəziləri isə su bitkiləri ilə qidalanırdılar.
Quyruq Belə fikir irəli sürülür ki, quyruqları çütləşmə mövsümlərində onların karına gəlirmiş. Belə ki, erkəklərin quyruqları nisbətən iri olurdu. Quyruqları ilə yerə güclü zərbə vururdular. Bu minvalla ən güclü səs çıxaran erkək dişiyə sahib olurdu. Digər fərziyyə isə quyruğun müdafiə funksiyası yerinə yetirməsi idi.
Bəzəkləri Bir çox zauropodlar, məsələn Amargasauruslar üzərlərində qabarcıqlı sərt qabığa və ya müxtəlif iri çıxıntılara malik idilər. Ola bilsin ki, bu qabarcıqların mövcudluğu obların cinsi yetkinliyə çatmalarını bildirir. Müdafiəyəyə gəldikdə isə üzərlərində olan bu "bəzəklər" hec də onların karına gələ bilmirdi.
Həyat tərzi Zauropodlar ot yeyən olmuşlar. Böyük ehtimal ki, onlar qidanı çeynəmirdilər. Bir başa udulan qida mədədə həzmə gedirdi. Uzun zaman yarımsu canlıları hesab edilirdi. Bu fikir dinozavrların skledində öz əksini tapmamışdırКэрролл Р. Палеонтология и эволюция позвоночных: В 3-х т. Т. 2. Пер. с англ. М.: Мир, 1993. 283 с. Boyunlarının üzməyə xidmət etməsi fikri öz təstiqinin tapmamasının əsas səbəbi sinə hissəsinin üzəngi formasına malik olmamasıdırШмидт-Нильсен К. Размеры животных: почему они так важны? Пер. с англ. М.: Мир, 1987. 259 с.
Əsas versiyaya görə uzun boyunlar ağacların yarpaqları ilə qidlanmasına xidmət edirdi. Bu versiya R. Seymura aiddir (2009)Seymour, R. S., 2009, Sauropods kept thier heads down: Science, v. 323, p. 1671.. Boyunlarını dik qaldırmaq üçün bu canlılarda yüksək arterial təzyiq olmalı idi. Üstəlik canlının güçünün böyük hissəsi başını qaldırmağa sərf olunmalı idi.
Zauropodların böyük hissəsi böyük ehtimal ki, sürü halında yaşamışlar. Bu fikirin əsas səbəbi paleontoloqlar bu dinozavların qalıqlarını aşkarlayarkən onları qrup halında aşkarlayırdılar.
Zauropodlar heç vaxt 5 km/saat -dan yüksək sürət yığa bilməzdilər. Bunula belə olar kiçik hündürlüyə tullana bilirdilər. Bu minvalla kiçik yırtıcı dinozavrları asanlıqla əzə bilirdilər.
Yayılması thumb|300px|Zauropodlar: Camarasaurus, Brachiosaurus, Giraffatitan, Euhelopus
Alimlər belə düşünürlər ki, Teropodlar Qondvana ərzisində meydana gəlmişlər. Sonradan bütün materiklərə yayıldılar. Eradan 200 milyon il önçə digər dinozavlarla bərabər bütün dünyada yayıldılar. Zauropodların ən qədim nümayəndəsi Isanosaurus (Tayland) və Vulcanodon (Zimbabve) olmuşlar. Onlar Tetis okeanının sahillərimdə yayılmışdılar. Zauropodlar uzun müddət dəyişmə dövrü keçirmişlər.
190 milyon il önçə Zauropodlar Hindistana yayılırlar (Barapasaurus, Kotasaurus). Bundan sonra onlar artıq Cənubi Afrikaya qədər yayıla bilmişdilər. Tapıntılar onu göstərir ki, təxmini 190–180 milyon il önçə onlar artıq Çin (Zizhongosaurus, Kunmingosaurus), Avropada (Ohmdenosaurus) və Mərakeşdə (Tazoudasaurus) yayılırlar.
Şimali Amerika ərazisində onlar daha sonra meydana gəlirlər. Bu hadisə artıq Trias dövrünün sonlarına təsadüf edir. Ancaq bunu isbat edən dəlil yoxdur. Bəzi alimlər onların bütün Şimali Amerikaya yayılmamasının səbəbi kimi iqlimi göstərirlər. Növ müxtəlifliyinin həcmi Yura dövründə ən yüksək səviyəyə qalxır. Bu dövrün sonları isə növ sayı nisbətən azalır. Bu ərəfədə (Təbaşir dövrüun əvvəlləri) artıq dünyanın hər yerində onlara rast gəlin: Afrika (Brachiosaurus), Şimali Amerika (Apatosaurus, Diplodocus), Avropa (Xenoposeidon) və Asiya (Qiaowanlong). Təbaşir dövrünün sonları rəqabət edə bilməyərək azalırlar
Tapıntılar 2004-cü ildə Avstraliyada Zauropodla aid olan ən iri dinozavr sümükləri aşkarlanmışdır. Onların uzunluğu 30 metrə çatır. Sonradan alimlər tapıntını Titanosauria qrupuna aid edirlər. Alimlərin fikirincə bu yeni tapıntı yeni növdür. Hələki ona müstəqil növ statusu verilməmişdir.
Klassifikasiya Klassifikasiya əsasən Vilson və Sereno (1998); Yates (2003) və Qalton 2001, Vilson 2002 və Benton 2004 tərəfindən irəli sürülürBenton, M. J. (2004). Vertebrate Palaeontology, Third Edition. Blackwell Publishing, 472 pp..
Bölgü İnfradəstə: Zauropod (Sauropoda) Cins: Antetonitrus Cins: Archaeodontosaurus Cins: Barapasaurus Cins: Cardiodon Cins: Chuanjiesaurus Cins: Chuxiongosaurus Cins: Dachungosaurus Cins: Datousaurus Cins: Fukuititan Cins: Gongxiaosaurus Cins: Isanosaurus Cins: Klamelisaurus Cins: Kotasaurus Cins: Oplosaurus Cins: Ultrasaurus Cins: Xenoposeidon Cins: Xianshanosaurus Cins: Yibinosaurus Fəsilə: Blikanasauridae Fəsilə: Mamenchisauridae Fəsilə: Melanorosauridae Fəsilə: Omeisauridae Fəsilə: Tendaguridae Fəsilə: Vulcanodontidae Bölmə: Turiasauria Cins: Paralititan Cins: Turiasauria Qrup: Eusauropoda Fəsilə: Cetiosauridae Fəsilə: Euhelopodidae Qrup: Neosauropoda Fəsilə: Brachiosauridae Fəsilə: Camarasauridae Fəsilə: Dicraeosauridae Fəsilə: Diplodocidae Fəsilə: Nemegtosauridae Fəsilə: Rebbachisauridae Fəsilə: Titanosauridae
Digər nümayəndələri Abydosaurus Alamosaurus Argentinosaurus Ultrasaurus Wintonotitan wattsi
Filoqeniya Bu kladoqramma Vilsonun hazırladığı (Wilson, 2002) sistemdirWilson, J. A. (2002). "Sauropod dinosaur phylogeny: critique and cladistic analysis." Zoological Journal of the Linnean Society, 136: 217–276..
Maraqlı fakt Ən iri zauropodlar müasir Fransa ərazisində yaşamışlar. Onların nəhəng izləri (1,5 metr) həvəskar paleontoloqlar Mari-Elen Marko (Marie-Hélène Marcaud) və Patrik Landri (Patrice Landry) Lionda 2009-cu ildə aşkarlamışlar.
İstinadlar
Həmçinin bax