Xoşkotan (25.01.1978-ci ildən Voskevan) — Barana rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Tarixi Xoşkotan — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir.
Toponimi Toponim qədim türk dilində "düşərgə","yurd", "icma", "kiçik yurd" mənasında işlənən koş (>xoş) sözü iləРадлов В.В. Опыт словарья тюркских наречий, т. II, ч.1, СПб, 1899. s.636 və "heyvanların salındığı yer", "şəhər, qala divarları"Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.295, 296, "tövlə", "yaşayış məntəqəsinin (aulun) yaxınlığında axşamlar qoyunların salındığı yer"Радлов В.В. Опыт словарья тюркских наречий, т. II, ч.1, СПб, 1899. s.606–607, "heyvanların salındığı yer, "şəhər qala divarları" mənasında işlənən kotan sözünün birləşməsindən əmələ gəlib, "qoyunların saxlandığı yer, yurd yaxınlığında olan kənd" mənası ifadə edir. "Kotan" sözü türk dillərində kutan formasında "xutor, köçəri çobanların dağdakı otlağı" mənasında işlənirМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.323. Təsviri toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdmlib Voskevan qoyulmuşdur. Əsli Koş=Kutan. Türk dillərində koş-"köçəbə" və kutan "tövlə" sözlərindən ibarətdir. 1727-ci ildə Dağlıq Qarabağda Xoş=Əndam, Xoş=tan, Köş=tək kənd adları ilə mə’naca eynidir.
İstinadlar
Kateqoriya:Loru kəndləri Kateqoriya:Tavuş mərzinin yaşayış məntəqələri Kateqoriya:XIV əsrdə yaranan yaşayış məntəqələri