My name is İntiqam — Rejissor Emil Abdullayevin filmi.Rəis, X. “My name is İntiqam” tamaşaçı rəğbəti ilə qarşılandı: [Emil Abdullayevin rejissorluğu ilə çəkilən eyniadlı film haqqında] //Kaspi.- 2014.- 2 dekabr.- S.12.
Film haqqında Film Azərbaycanın cənubunda ucqar kənddə yaşayan 25 yaşlı İntiqamın həyatından bəhs edir. Nənəsi İntiqamın qoyunlarla rəqsini çəkib Youtube saytına yerləşdirir. Youtubeda 10 milyondan çox baxış toplayan İntiqamın həyatı dəyişir. Bakıdan ona dəvət gəlir və o Bakıya gəlməli olur. Baş qəhrəmanın saflığından istifadə edib ilin ən çox baxılan videosunun müəllifinə ayrılmış 2 milyon manatı mənimsəmək istəyirlər. Çox keçmir əvvəlcədən hazırlanmış hiylənin üstü açılır və fırıldaqçılar istəklərinə nail ola bilmirlər. Kənd həyatına alışan İntiqam şəhərdə bir – birindən gülməli vəziyyətlərə düşür. Sonda mükafatın təqdimat mərasimində qalmaqal yaşanır və Youtube üçün növbəti baxış sayı toplaya biləcək videoya zəmin yaranır.
Filmin heyəti
Aktyorlar Müşfiq Şahverdiyev — İntiqam İlkin Misgərli — Səyavuş Aysel Bayramova—Nara Teymur Məmmədov—Fəzail Niftulla Əsgərov—Abı Qızılgül Quliyeva—İntiqamın Anası Miraslan Ağayev—Dünyamalının atası Ənvər Abbasov — Dünyamalı Mələk Kazımova — Pəri Heyət (titrlərdəki saya görə)
Ssenari müəllifləri: Ənvər Abbasov, Fariz Əliyev , Samid Ağayev
Quruluşçu operator: Rəşad Qarayev
Quruluşçu rəssam: İqbal Əliyev
Səs: PicMus
Baş prodüser:Müşfiq Şahverdiyev
Montaj: Emil Abdullayev
Bəstəkar: Cafer İşleyen
Səs rejissoru: Cafer İşleyen
Qrim: Emil Abdullayev
Montaj rejissoru: Emil Abdullayev
Quruluşçu rejissor: Emil Abdullayev
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçidlər Filmi izlə Oqtay Mirqasımov "Bozbaş pikçers" və "İntiqam"ı tənqid etdi — VİDEO
Kateqoriya:2014-cü ilin Azərbaycan filmləri