Niderland Ost-Hindi () — Holland koloniyaçıları tərəfindən Malay arxipelaqında və Yeni Qvineya adansının qərbində təşkil etdikləri Ost-Hind şirkətinin yaratdığı asılı ərazi.

Öncəki illər

23 iyun 1596-cı ildə Bantan şəhərinə ilk hollan gəmisi yan alır. Sinradan hollanlar holland taçirləri bölgəfə kontorlar açırlar. Sonradan 1602-ci ildə bu kontorlar birləşdirilərək Ost-Hind şirkətini qururlar. Bundan sonra artıq bu şirkətin əlində böyük kapital cəmləşmişdi.

Ümumi xronologiya thumb|300px 1602—1800: Honllandlar Portuqallar və İngilislərlə rəqabət şəraitində ərazini tədricən ələ keçirirlər. 1800—1942: yerli əhali ilə avropalılar arasında davam edən müharibələr. 1859: hollandlar Şərqi Timor istina olaraq Portuqal İndoneziyasını işğal edir. 1942—1945: İndoneziyanın yaponlar tərəfindən işğal olunması. 1945—1949: İndoneziya İstiqlal müharibəsi. 1962: Qərbi Yeni Qvineyanın İndoneziyaya birləşdirilməsi. İşğal

Niderland Ost-Hindin mərkəzi Bahaya indiki Cakarta şəhəri olmuşdur. Sumatra adası Holandiyanın əlində 350 il müddətində olmasına baxmayaraq digər ərazilərin işğalı uzun çəkir. Bölgənin tam işğalı XX əsrə təsadüf edir. 285px|thumb

Dirənişlər

İslam adət-ənənələrinə sadiq qslan yerli əhali holladlar üçün böyük çətinliklər yaradırdı. Bu çtinliklər öz növbədində hollandların koloniyalaşma xəttinə ağır zərbə vuraraq ordunu zəyiflədirdi. Ən uzun çəkən konfiliktlər Bafri müharibəsi, Yava müharibəsi və qanlı 13 illik müharibə hansı ki, 1873-1908 illər müddətində baş vermişdir. 1846 və 1849 illərdə hollandlar Bali adasına sahiblənmək məqsədi ilə uğursuz həmlələr etmişlər. Onlar Balini ancaq 1906-cı ildə ələ keçirə bilmişdilər. İndoneziyanın daxili hissələrinin ram edilməsi 1920-ci illərə təsadüf edir. Hollandlar üçün digər problem piratlar olmuşdur. 1904 — 1909 illərdə burada general-qubernator olan Con.B. van Xetsa dönəmində müasir İndoneziyanın bütün əraziləri Ost-Hind koloniyasının əlinə keçirRobert Cribb, «Development policy in the early 20th century», in Jan-Paul Dirkse, Frans Hüsken and Mario Rutten, eds, Development and social welfare: Indonesia’s experiences under the New Order (Leiden: Koninklijk Instituut voor Taal-, Land- en Volkenkunde, 1993), pp. 225—245.. Cənub-qərbi Sulavesi 1905—1906 illərdə, Bali adası 1906-ci ildə, Yeni Qvineya adasının qərbi isə 1920 ildə işğal olunur.

Ost-Hindin çöküşü

10 yanvar 1942 ildə Yaponiya niderlanlılarən sahib olduğu Ost-Hind ərazisində zəngin faydalı qazıntıların olması ilə əlaqədar Niderlanda müharibə elan edir. Niderland Ost-Hind əməliyyatı nəticəsində yaponlar artıq mart ayına bütün Niderlan Ost-Hind ərazilərini işğal edirlər. Bununla da Niderland Ost-Hind tamamən ləğv edilir. 17 avqust 1945 ildə İndoneziya müstəqilliyini elan edir. Hollandlar isə 1949-cı ildə İndoneziya İstiqlal müharibəsi sonucunda İndoneziyanın müstəqilliyi tanıyır.

İstinadlar

Mənbə Индонезия в БСЭ Bosma, Ulbe: ‘’Emigration: Colonial circuits between Europe and Asia in the 19th and early 20th century’’, EGO - Europäische Geschichte Online Mayns: Institute of European History

Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Keçmiş Niderland müstəmləkələri Kateqoriya:1945-ci ildə yaranmış dövlətlər və ərazilər