Mirzə Hüseyn Vaiz () — Məşrutə hərəkatının üzvü. Şeyx Həsən Rüşdiyyənin xalası oğludur.
Həyatı Mirzə Hüseyn Vaiz Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əvvəlcə məsciddə vaiz kimi xidmət etmişdi.Qafqaza gediş-gəlişi sayəsində azadxahlara meyil etmişdi.Siyasi azadlıq uğrunda mübarizə qalxmışdı.
1905-ci ildən etibarən Tehranda başlayan Məşrutə hərəkatı 5 avqust 1906-cı ildə Müzəffərəddin şah Qacarın Məsrutə fərmanını imzalamasıyla genişləndi. Məşrutə fərmanı ölkədəki siyasi fəzanın açılmasına gətirib çıxardı. Zülmün və haqsızlığın aradan götürülməsi, ədalətin və müstəqilliyin bərpası şüarı altında başlanmış xalq hərəkatı iştirakçılarının əsas tələbi qanunlara söykənən bir hökumətin yaradılması və bir vətəndaş olaraq onların həyat tərzini formalaşdıracaq hüquqların təmin olunmasıydı.
Mirzə Hüseyn Vaiz məşrutəpərəstlərə qoşuldu.Təbriz əncüməninin başçısının müavini olmuşdu.Eynüddövlənin və Şücaüddövlənin Təbriz şəhərini mühasirəsi sırasında Əncümən tərəfindən bu iki irtica nümayəndəsi ilə danışıqlara getmişdi.Təbrizin işğalı dönəmində 6 ay Mirzə Hüseyn Mağazanın evində gizlənmişdi.Sonra tutulmuş Hacı Şücaüddövləyə təhvil verilmişdi.Rusiya səfirinin xahişi ilə ölümdən qurtulmuşdu.
Əncümən sədri Bəsirəssəltənə və İclaülmülk rus, Hacı Mehdi Kuzəkünani və Şeyx Səlim osmanlı, Mirzə Hüseyn Vaiz - fransız konsulluqlarında bəstə oturdular.
Mirzə Hüseyn Vaiz 1956-ci ildə vəfat edib.Təbrizin "İmamiyyə" gorgahında dəfn olunub.
Ailəsi Mirzə Hüseyn Vaiz Abdulla adlı oğlu var.
Mənbə Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Həmçinin bax Təbriz əncüməni
Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran inqilabçıları Kateqoriya:İran Məşrutə inqilabının tərəfdarları