Metapontalı Hippas"Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.607 (yun. Ἵππασος ὁ Μεταποντῖνος, E.ə. V əsr – E.ə. IV əsr) — qədim yunan filosofu, pifaqorçular məktəbinin təmsilçisi. Pifaqorun şagirdi olmuş, ancaq sonra ona qarşı çıxış etmişdir. Hippasus ilk dəfə olaraq öncə gizli saxlanılan pifaqorçular təlimini cəmiyyətdə açıqlamış və bununla da ixtilaflara yol açmışdır.Iamblichus. Life of Pyhhagoras or Pithagoric life / Translated by Taylor T. London: J. M. Watkins, 1818, p. 42. Elm tarixində bildirilir ki, Hippasus ilk dəfə olaraq pifaqorçular təlimində gizli saxlanılan İrrasional ədədləri cəmiyyətdə açıqlamış və buna görə dənizdə boğularaq öldürülmüşdür.
Fəlsəfəsi Hippasus da, başqa pifaqorçular kimi, əsasən həndəsi və riyazi problemlərlə məşğul olmuş və bu sahədə ixtiralar etmişdir. Onun fəlsəfi fikirləri haqqında isə bilgilər çox azdır. Heraklit kimi o da hesab edirdi ki, hər şeyin başlanğıcında od durur.Aristotle. Metaphysics / Translated by T. Taylor. London: Printed for the author by Davis, Wilks, and Taylor, 1801, p. 9. Bu fikirlər odu dünyanın mərkəzinə qoyan Filolausun dünyagörüşü ilə eynilik təşkil edirdi.
Həm də Hippasus kainatı bir canlı orqanizm kimi təsəvvür etmiş, var olan şeyləri onun hissəcikləri olaraq qəbul etmişdir. Başqa pifaqorçular isə hər şeyi nəm-quru, isti-söyuq kimi bir-biri ilə mübarizə aparan ikiliklərdə görürdülər. Hippasus həm də kainatın sonlu olduğunu iddia etmişdir.Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 371.
Mənbə
Ədəbiyyat
Iamblichus. Life of Pyhhagoras or Pithagoric life / Translated by Taylor T. London: J. M. Watkins, 1818, p. 104. Aristotle. Metaphysics / Translated by T. Taylor. : Printed for the author by Davis, Wilks, and Taylor, 1801. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
Həmçinin bax Pifaqor Pifaqorçular məktəbi Neopifaqorçuluq
İstinadlar
Kateqoriya:E.ə. IV əsr şəxsləri Kateqoriya:Qədim Yunanıstan filosofları Kateqoriya:E.ə. V əsr filosofları Kateqoriya:Qədim Yunanıstan riyaziyyatçıları