200px|thumb|right|Kitabın ilk nəşrinin üzü (2015) Qorxular — Rövşən Abdullaoğlunun yazdığı və 2015-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər.

Haqqında

Qorxu hissi insan təbiətinə xas olan narahatedici psixoloji duyğuların ən əzabvericisidir. Bu kitab qorxularından bezmiş və nəhayət qorxularından azad olmaq istəyən insanlara ünvanlanmışdır. Qorxularını yenməyən insan bir ömür qul həyatı yaşamağa məhkumdur. Belə birisi bütün həyatını əlil biri kimi yaşayacaq, inkişaf etməsi mümkünsüz olacaqdır. Qorxularından agah olan və bu barədə lazımi məlumatlarla silahlanmış insan qorxularını istiqamətləndirə və nəticədə onlara qalib gələ bilər. Bu kitabın mütaliəsi qorxu zindanında məhkum olan birinin əzablarından qurtulması üçün atılmış ilk və mühüm addımdır.

Nəşr

Əsər ilk dəfə Qədim Qala Nəşriyyat Evi tərəfindən Bakıda "Emosiyalar psixologiyası" silsiləsində 208 səhifədə 2015-ci ildə, 2-ci dəfə 2017-ci ildə, 3-cü dəfə isə 2020-ci ildə təkrar nəşr olunmuşdur.

Həmçinin bax

Üsyan Əsarət

İstinadlar

Mətbuatda

Xarici keçidlər

Kateqoriya:2015-ci ilin əsərləri