İbrahim Xələf (9 iyul 1986) — İordaniyalı cüdoçu. İbrahim Xələf İordaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.

Karyerası İbrahim Xələf birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/32 final mərhələsində Çexiyanın nümayəndəsi Tomaş Briçeno ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 0:11 hesabı ilə uduzdu.

Mənbələr

İstinadlar

Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında cüdoçular