Ketoy adası () — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Ada dairəvi formaya malik olaraq paralel istiqamətdə 10 km, meridian istiqamətdə isə 9 km uzunluğa malikdir. Hündürlüyü 1166 m, sahəsi isə 73 km² təşkil edir. Adada Pallas vulkanı fəaliyyət göstərir (990 m). Malaxitov gölü adanın mərkəzində kalderada yerləşir. Gölün eni 1,6 km, dərinliyi 110 metrdirКомплексная экспедиция на Курильские острова в 2006 г. , Вестник ДВО РАН. 2007. Buradan isə Stoçnı axarı okeana tökülür. Gölün səthi dəniz səviyyəsindən 667 metr yüksəklikdə yerləşir. Pallas vulkanın daxilində Qlazok adlı göl vardır. Gölün dərinliyi 40 metr, eni isə 300 metr təşkil edir. Gölün suyu turşdur. Adanın şimalında isə Kaskad şəlaləsi yerləşir. Burada tülkü, Şimal dəniz şirinə rast gəlinir. 28 km şiimal-şərqdən Uşişir adalarından Rikord boğazı, 20 km cənub-qətrbdən isə Simuşir adasından Diana boğazı ilə ayrılır.
Mənbə Adanın təsviri. Plan. Foto şəkillər.
İstinadlar
Kateqoriya:Kuril adaları Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Saxalin vilayətinin yaşayış olmayan adaları Kateqoriya:Rusiyadakı stratovulkanlar