Slavko Kaleziç (; 24 mart 1989, Podqoritsa, Monteneqro) — Monteneqro müğənnisi və aktyoru. O, "Space" mahnısı ilə Monteneqronu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Həyatı Slavko Kaleziç 4 oktyabr 1985-ci ildə Monteneqronun paytaxtı Podqoritsa şəhərində anadan olmuşdur. O Monteneqronun Çetinye şəhərində yerləşən İncəsənət Akademiyasında təhsil almışdır. Daha sonra Slavko Monteneqro milli teatrında ansambla üzv seçilmişdir. Slavko müxtəlif teatr və filmlərdə bir çox obrazlar canlandırmışdır. O eyni zamanda Madrid, Tel-Əviv, Stokholm, London və s. şəhərlərdə keçirilən paradlarda çıxış etmişdir.

Musiqi karyerası X Factor Adria 2013-cü ildə Slavko Kaleziç Serbiyanın X Factor Adria musiqi yarışmasında iştirak etmiş, lakin yarışmada erkən məğlub olmuşdur. Yarışmadakı iştirakından sonra Slavkonun San o vječnosti adlı debüt albomu işıq üzü görmüşdür. Albomda "Krivac", "Feel the Music", "Freedom" və s. mahnılar yer almışdır.

2017 Avroviziya Mahnı Müsabiqəsi 2016-cı ilin dekabr ayında Monteneqronun RTCG telekanalı Slavko Kaleziçin "Space" adlı mahnı ilə Monteneqronu Ukraynanın paytaxtı Kiyevdə keçirilən olan 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. 9 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində altıncı səhnəyə çıxan Slavko 16-cı yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir.

The X Factor UK Avroviziya Mahnı Müsabiqəsində iştirakından sonra Slavko Kaleziç 2017-ci ilin iyul ayında Böyük Britaniyanın The X Factor musiqi yarışmasının 14-cü mövsümündə iştirak etmişdir. Yarışmanın ilk dörd mərhələsini uğurla adlayan Slavko Nikol Şerzingerin komandasında yer almışdır. Yarışmanın beşinci mərhələsində Slavko məğlub olaraq iştirakını dayandırmışdır.

Diskoqrafiya Sinqllar Mahnı adı İl Albom "Muza" 2011 San o vječnosti "Krivac" 2014 "Feel the Music" 2015 rowspan="3" "Freedom" 2016 "Space" 2017

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Monteneqroda doğulanlar Kateqoriya:Monteneqro müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Homoseksual aktyorlar Kateqoriya:Monteneqronun "Avroviziya" təmsilçiləri