Qonçalo Manuel Qançinyo Quedes (29 noyabr 1996-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Portuqaliya futbolçusu.
Klub karyerası
Benfika Quedes Portuqaliyanın Benavente şəhərində anadan olmuşdur. Quedes 2005-ci ildə Benfika FK klubunun gənclər sisteminə daxil olmuşdur. Gənclər komandasında iştirak etməyə başlamışdır.
Quedes öz peşəkar karyerasında debütünü 19 aprel 2014-cü ildə Benfika B klubu ilə 2013-14 Sequnda Liqa oyununda Portu B komandasına qarşı oyunda etmişdir.
Quedes Benfikanın əsas komandası ilə debütünü 18 oktyabr 2014-cü ildə Portuqaliya Kubokunun üçüncü mərhələsində Sportinq da Kovilya komandasına qarşı oyunda etmişdir. O, Premyer Liqada debütünü isə 4 yanvar 2015-ci ildə Penafiel klubuna qarşı oyunda etmişdir. O, əlavə vaxtda Limanı əvəz etmiş və komandası 3-0 hesabı ilə qələbə qazanmışdır. Quedes 4 iyulda 2014-15 Sequnda Liqasında İlin İstedadlı Futbolçusu mükafatına layiq görülür.
Quedes ilk qoluna 26 sentyabr 2015-ci ildə liqa oyununda Paçoş de Ferreyra klubuna qqarşı oyunda imza atmışdır. Həmin görüşdə Benfika FK 3-0 hesabı ilə qələbə qazanmışdır. 30 sentyabr 2015-ci ildə isə o, UEFA Çempionlar Liqasında Atletiko Madrid (1-2) ilə oyunda ilk qoluna imza atır. O, bu nəticə ilə qrup mərhələsində qol vuran ən gənc Portuqaliyalı futbolçu hesab olunur.
Pari Sen-Jermen 25 yanvar 2017-ci ildə Quedes Pari Sen-Jermen FK klubu ilə müqavilə imzalamışdır.
Milli karyerası Quedes 6 noyabr 2015-ci ildə Fernando Santuş tərəfindən Rusiya və Lüksemburq milli komandaları ilə keçirilən beynəlxalq yoldaşlıq oyunları üçün Portuqaliya millisinə dəvət olunmuşdur. O, milli komanda ilə debütünü Krasnodarda keçirilən Rusiya ilə yoldaşlıq oyununda etmişdir.
Karyera statistikası
Klub
KlubMövsümLiqaKubokLiqa KubokuKontinentalDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolBenfika B2013–14Sequnda Liqa10————102014–15328————3282015–1653————53Ümumi3811————3811Benfika2014–15Primeyra Liqa5010300000902015–16183104071103142016–1716241226200287Ümumi3956192133106811Pari Sen-Jermen2016–17Liqa 1201000——30Ümumi karyera791671921331010922
Qeydlər
Milli komanda
Milli komanda İl Oyun QolPortuqaliya201520Ümumi20
Uğurları Benfika Primeyra Liqa: 2014–15, 2015–16 Portuqaliya Kuboku: 2014–15, 2015–16 Portuqaliya Superkuboku: 2016 UEFA Gənclər Liqası: İkinci 2013–14
Fərdi Sequnda Liqa İlin İstedadlı Futbolçusu: 2014–15 SJPF Sequnda Liqa Ayın Futbolçusu: Oktyabr 2014, Dekabr 2014
İstinadlar
Xarici keçidlər Benfica official profile
National team data
Kateqoriya:Portuqaliya futbolçuları Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:Portuqaliyanın kişi futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Real Sosyedad FK futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Vulverhempton Uonderers FK futbolçuları Kateqoriya:Vilyarreal FK futbolçuları Kateqoriya:Valensiya FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Portuqaliya futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Portuqaliya milli futbol komandasının oyunçuları Kateqoriya:Benfika FK futbolçuları Kateqoriya:UEFA Millətlər Liqasının qalibi olan oyunçular Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları