Daura – Mərkəzi Sudanda (indiki Nigeriya və Niger ərazisində) dövlət, hausaların əfsanəvi vətəni.Daura // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 379–380.
Tarixi Eramızın 2-ci minilliyinin əvvəllərində meydana gəlmişdir. Ovçuluq ilahəsi və əfsanəvi hökmdar qadın Dauranın adı ilə adlandırılmışdır. "Yeddi hausa" adlı etnogenetik rəvayət Dauranın tarixi ilə bağlıdır. Rəvayətə görə, hausaların yeddi iri şəhər və dövlətlərinin baniləri Daura və Bağdad şahzadəsi Abayacidin (Bəyacid) övladları və nəvələridir. Ehtimal ki, Abayacid Əbu Yezid (10-cu əsrdə Şimali Afrikada yaşayan bərbərlərin Fatimilərə qarşı üsyanının başçısı) adının təhrif edilmiş formasıdır. Daura Böyük Səhranın ticarət mərkəzlərindən biri olsa da, Katsina və Kano kimi siyasi və hərbi nüfuza malik deyildi.
Siyasi quruluşu 1805-ci ildə Osmandan Fodionun cihadı zamanı fulbelər tərəfindən istila edilmiş Daura dövləti üç hissəyə parçalandı: fulbelər Daurası, zanqolar Daurası və baurelər Daurası 1907-ci ildə Mərkəzi Sudanın İngiltərə və Fransa arasında bölüşdürülməsindən sonra Fransa baurelər Daurası və zanqolar Daurasının bir hissəsini Nigerin tərkibinə qatdı, Dauranın qalan hissəsi isə İngiltərənin nəzarətində olan Şimali Nigeriya protektoratına qatıldı. Britaniya müstəmləkə orqanları orada fulbe sülaləsinin hüquqlarını ləğv edərək zanqoların hakimiyyətini bərpa etdi.
Xarici keçidlər Katsina ştatının administrativ bölgüsü Daurada GİOPİNİ layihəsinin şəkilləri
İstinadlar Kateqoriya:Nigeriya şəhərləri