Deva — Rumıniyanın qərbində şəhər. Hunedoara judetinin inzibati mərkəzidir.Deva // Azərbaycan Milli Ensiklopediyası : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. — VI cild. — Səhifələrin sayı: 608. — Səh.: 507-508. — ISBN 978-9952-441-11-6.
Əhalisi Әhalisi 56,6 min (2011) nəfərdir; Hunedoara şəhər və şəhərətrafı ilə birlikdə əhalisi 250 mindən çox olan aqlomerasiya əmələ gətirir.
Coğrafiyası Mureş çayı dərəsinin solsahil hissəsində, Poyana Ruskedrının şimal yamacı ətəklərində yerləşir. Avtomobil və dəmiryolları qovşağıdır və aeroportdur.
Tarixi Adı ilk dəfə 1269-cu ildə Transilvaniyadan Macarıstanın mərkəzi rayonlarına gedən ticarət yolunun üstündəki eyniadlı qalanın yanındakı məskən kimi qeyd olunur. 13–14-cü əsrlərdə Deva macarlar, vlaxlar və Almaniyadan gəlmələrlə (şəhərin almanca adı Dimrixdir [Diemrich]) məskunlaşdı. Y. Hunyadinin hakimiyyəti dövründə (15-ci əsrin ortaları) Transilvaniyanın mühüm inzibati və hərbi mərkəzinə çevrildi. 1550-ci illərdə Deva qalası dəfələrlə osmanlılar tərəfindən mühasirəyə alındı. Avstriya-Türkiyə müharibəsi (1683–99) “Dyalul Çetesi” (“Qala dağı”) arxeoloji abidəsi: Neolit, Tunc dövrü məskənlərinin Halştatın, dakların Singidava qalasının; orta əsrlər qalasının xarabalıqları; floristik təbiət qoruğu şəhərin hüdudlarında yerləşir.
Memarlığı Transilvaniya knyazları Betlenlərin Renessans üslubunda Maqna-Kuriya sarayı (16, 17–18-ci əsrlər; 1882-ci ildən Dakiya-Roma mədəniyyəti muzeyi dir); fransiskçilər monastırı (18 əsr),sinaqoq (1896), Reformasiya kilsəsi (1908–10), tarixi tikililər (18–20 əsrlər) Devanın memarlıq abidələridir. Dakların hökmdarı Desebala abidə qoyulmuşdur (20 əsrin 1-ci yarısı). Ekologiya və Turizm Universiteti (1990, özəl), İdman gimnastikası liseyi (məzunları – dünya və Olimpiya Oyunları çempionları N.Komeneç, E.Sabo və b.); estrada teatrı var.
Sənayesi Əlvan metallurgiya: “Minvest” dövlət holdinqinin mənzil-qərargahı və aparıcı müəssisəsi (mis, polimetal və s. filizlərin zamanı şəhər avstriyalılar tərəfindən tutuldu (1686). 1918-ci ilin dekabr ayından Rumıniyanın tərkibindədir. Dövlət tərəfindən mühafizə olunan saflaşdırılması fabriki); ağac emalı, poliqrafiya, yüngül, yeyinti (o cümlədən ət konservləri) sənayesi müəssisələri fəaliyyət göstərir; tikinti materialları və konstruksi yaları istehsal olunur. İES var. Yaxınlığın da mis və polimetal filizlər, həmçinin qızıl, gümüş və s. hasil edilir.
Qalereya
Həmçinin bax Rumıniya Transilvaniya
Xarici keçidlər Deva şəhərinin rəsmi internet səhifəsi Deva Vikisəyahət
İstinadlar
Kateqoriya:Rumıniya şəhərləri