Hadisələr 26 aprel - Rusiya imperiyası tərəfindən Türkiyəyə 1 illik müharibə elan edilməsi. 22 iyun - Ruslar tərəfindən Qars qalasının ələ keçirilməsi. 5 iyul - Fransisko Morasanın ordusu tərəfindən Qualço yaxınlığında Qvatemalanın federal ordusunun darmadağın edilməsi. 24 iyul - Anapanın birdəfəlik olaraq Rusiyaya birləşdirilməsi. 27 avqust - Kolumbiyada Təsis yığıncağının buraxılmasından sonra Simon Bolivarın şəxsi diktaturasının qurulmasını təmin edən konstitusiya qanununun qəbul edilməsi. 23 oktyabr - Fransisko Morasanın ordusunun Salvadorun paytaxtı San-Salvador şəhərinə daxil olması. 10 dekabr - I Nikolayın əmri ilə Sankt-Peterburqda Texnologiya İnstitutunun əsasının qoyulması. 28 yanvar - Çar Rusiyasının qoşunları tərəfindən İranla müharibənin (1826-1828) gedişində Cənubi Azərbaycanın Urmiya şəhərini işğal edilməsi. 6 fevral - Təbriz yaxınlığındakı Türkmənçay kəndində Abbas Mirzə və rus qoşunlarının baş komandanı Paskeviç arasında danışıqların başlanması. 8 fevral - Rus qoşunları tərəfindən Ərdəbilin işğal edilməsi. 10 fevral – Rusiya ilə İran arasında Türkmənçay müqaviləsinin imzalanması, Azərbaycan torpaqlarının Rusiya ilə İran arasında bölüşdürülməsinin başa çatdırılması. 20 mart - Çar I Nikolay tərəfindən Türkmənçay müqaviləsini (10 fevral 1828) təsdiq edib və Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti”nin yaradılması barədə fərman verilməsi. Aprel - Rusiyanın Osmanlı dövlətinə müharibə elan etməsi. Zəylik kəndi yaxınlığındakı zəy yataqlarının iltizama (1828-1850) verilməsi. Şeyx Səfi kitabxanasının nadir əlyazmalarının ruslar tərəfindən qarət edilərək Sankt-Peterburqa aparılması.

Doğumlar Mkrtiç Beşiktaşlyan Mir İbrahim xan Talışxanov - Rusiya ordusunda general. Balakişi bəy Ərəblinski - Rusiya ordusunun generalı. Corc Meredit - Tanınmış ingilis yazıçısı.

Ölümlər 19 dekabr — Katolikos II Sargis Fransisko Qoya - İspan rəssam. Əbdürrəzaq Dünbili - Azərbaycan tarixçisi. Seyid Həsən Paşa

İstinadlar