Hadisələr 20 yanvar - Belçikanın istiqlaliyyətinin elan edilməsi. 25 yanvar - Polşa seymi tərəfindən I Nikolayın Polşa carlığının taxtından məhrum edilməsinin elan edilməsi. 7 fevral - Belçikada bu günədək fəaliyyət göstərən konstitusiya qəbul edilməsi. 12 fevral - Bostonda satışda ilk dəfə rezin qaloşun görünməsi. 25 fevral - Qroxov yaxınlığında baş verən döyüşdə Polşa ordusunun məğlubiyyətə uğraması. 20 mart - Braziliya imperatoru I Pedru tərəfindən əslən braziliyalılardan ibarət yeni hökumət təşkil edilməsi. 5 aprel - Braziliya imperatoru I Pedru tərəfindən Braziliya hökumətinin tərkibinin öz yaxın adamları ilə əvəzlənməsi. 6 aprel - Braziliyanın paytaxtında Rio-de-Janeyro qarnizonunun qoşunları tərəfindən müdafiə edilən üsyanın baş verməsi. 1 iyun - İngilis dənizçisi və tədqiqatçısı Ceyms Klark Ross tərəfindən Yer kürəsinin şimal maqnit qütbünün kəşf olunması. 21 avqust - ABŞ-in Virciniya ştatında baptist ruhani Nat Ternerin başçılığı ilə zənci qulların üsyanının baş verməsi. 3 dekabr - Fransız ordusu tərəfindən birinci Lion üsyanının yatırılması. Mərkəzi İtaliyada inqilabi çıxışların baş verməsi. "Gənc İtaliya" adlı gizli inqilabi cərəyanın yaradılması. 5 mart - Mir Həsən xanın Lənkərana gəlməsi və Rusiyanın müstəmləkə siyasətinə qarşı üsyana rəhbərlik etməyə başlaması. 12-27 mart - Lənkəran qalasının üsyançılar tərəfindən mühasirəyə alınması 22 aprel - Əmburan döyüşü. Lənkəran üsyanının məğlub olması. 3 iyul - Yeni ticarət "Əsasnamə"sinin tətbiq edilməsi.
Doğumlar 26 yanvar - Anton de Bari - alman botaniki. 16 fevral - Leskov Nikolay Semyonoviç - yazıçı. 6 oktyabr – Riçard Dedekind - alman riyaziyyatçı. Sübhi Əzəl - Bəhailik dininin peyğəmbəri Bəhaullahın qardaşı. Komei Marselino Sanz de Sautuola
Ölümlər Hüseynqulu xan Sərdar - İrəvan xanı. Dibiç İvan İvanoviç - Rus feldmarşalı.