Hadisələr 1 yanvar - Rusiya imperiyasının paytaxtı Sankt-Peterburq şəhərində Oteçestvennıe zapiski (Vətən qeydləri) jurnalının ilk nömrəsinin çapdan çıxması. 19 yanvar - Ədənin Böyük Britaniya tərəfindən işğal edilməsi. 1 fevral - Fransisko Morasanın səlahiyyət müddətinin başa çatması və Nikaraquanın, Hondurasın və Kosta-Rikanın federasiyanın tərkibindən çıxması ilə Mərkəzi Amerika Federal Respublikasının formal olaraq öz fəaliyyətini dayandırması. 21 aprel - Osmanlı ordusunun Kütahi razılaşmasını pozaraq Fərat çayını keçməsi və Misirə yürüşünün başlanması 25 aprel - Birinci ingilis-əfqan müharibəsinin gedişində ingilis və Pəncab qoşunları tərəfindən əfqan şəhəri olan Kandaqarın tutulması 30 aprel - Vyatkada təntənəli şəkildə Aleksandr Nevski kilsəsinin əsasının qoyulması (1937-ci ildə dağıdılmışdır). Uralda "kartof" üsyanı adlanan kəndli çıxışının baş verməsi. Rusiya pul sisteminin Şimali Azərbaycanda (1839-1843) tətbiqi. M.Kazımbəyin "Türk-tatar dilinin qrammatikası" dərsliyinin şap olunması.

Doğumlar 8 iyul - Standart Oyl şirkətinin banisi, milyarder Con Rokfeller. 18 iyul - Komi ədəbiyyatının banisi, linqvist. tərcüməçi, şair İvan Alekseyeviç Kuratov. 30 oktyabr - İngilis mənşəli fransəz rəssamı Alfred Sisley. 8 noyabr - rus siyasətçisi, Rusiyanın 1906 və 1914-1916-cı illərdə Baş Naziri olmuş İvan Loqqinoviç Qoremıkin. Abdulla bəy Asi 8 may – Corc Miller Bird, ABŞ nevropatoloqu. Maşadu di Asis

Ölümlər