İrina Valeryevna Şeyxlislamova (; ; ), əsasən İrina Şeyk kimi tanınır — Rusiya modeli.
Həyatı İrina, 6 yanvar 1986-cı ildə Rusiyanın Yemanjelinsk şəhərində anadan olmuşdur. Onun mənşəcə volqa tatarı olan atası şaxtaçı olmuş və pnevmoniyadan vəfat etmişdir. Anası Olqa bağçada musiqi müəlliməsi olmuş və övladlarını yetişdirmək üçün iki yerdə işləmişdir. İrina, YEmajelinskda yerləşən 4 saylı məktəbi bitirdikdən sonra Çelyabinsk İqtisadiyyat Kollecinə daxil olmuş və marketinq üzrə təhsil almışdır. Təhsil aldığı müddətdə zahiri gözəlliyi ilə diqqət çəkən İrina karyerasına məhz təhsili ərəfəsində Svetlana model agentliyində başlayıb.
Karyera Onun əsas karyerası 2004-cü ildə Çelyabinskda təşkil edilmiş gözəllik yarışmasında birinci yer tutması ilə başlamışdır. Bundan sonra o əvvəlcə Avropada, daha sonra isə Amerikada fəaliyyətini davam etdirib. 2007-ci ildə İrina, İntimissimi brendinin siması olmuş və 2009-a kimi bu brendi təmsil etmişdir. 2009-cu ildə həmin brendin reklam çarxına çəkilmiş, daha sonra isə səfir kimi təmsil etmişdir. 2007-ci ildən bəri həm də dünyanın ən məşhur fotoqrafları ilə işləmişdir, Sports Illustrated Swimsuit Edition-un üz qabığına düşə bilmiş ilk Rus modeldir. Armani Exchange, Lacoste, Bolero və s. tanınmış şirkətlərin siması olmuşdur. models.com-da dünyanın ən cazibədar modeli siyahısında 14-cüdür.
Şəxsi həyatı 2009–2015-ci illərdə dünya şöhrətli futbolçu Kriştiano Ronaldo ilə yaxın münasibətləri olub. Daha sonra aktyor Bredli Kuper ilə tanış olmuşdur. Cütlüyün 2017-ci il təvəllüdlü qızları var. Onlar 2019-cu ilin iyununda ayrılıblar.
Filmoqrafiya Filmlər Hercules (2014) Inside Amy Schumer (2016)
Musiqi videoları Kanye Vest – Power (2010) Majid Al Mohandis – Waareftak (2022)
Videooyunlar Need for Speed: The Run (2011)
İstinadlar
Kateqoriya:1986-cı ildə doğulanlar Kateqoriya:6 yanvarda doğulanlar Kateqoriya:Rusiya fotomodelləri Kateqoriya:Elite Model Management modelləri Kateqoriya:The Lions modelləri