() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Cənubi Qafqazda (Azərbaycan, Ermənistan, Gürcüstan), İranda, Türkiyədə, Balkan dövlətlərində, Fransa, Macarıstan, İtaliya, Ruminiya, Ukraynada və Rusiyanın Avropaya düşən bəzi ərazilərdə təbii halda yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 25–150 sm, gövdəsi tin-tin, budaqlanması aralı, aşağı hissəsi cod-tüklü, yuxarı hissəsi? demək olar ki, çılpaq olan birillik ot bitkisidir. Aşağı yarpaqları liraşəkilli lələkvari, bölünmüş uzunsov dişli və tədricən birləşmiş yan seqmentlərlədir, yuxarı yarpaqları xətvarineştərşəkilli və yaxud xətvari, çox vaxt tamkənarlı seqmentlərlədir, hər iki tərəfdən cod və ya kirpikcikli-tüklüdür; təpə seqmenti yan seqmentlərdən iridir. Çiçək oxu uzanmış şəkildədir. Başcıq dəyirmi və ya yumurtaşəkillidir, diametri 10–20 mm-dir. Tac ağımtıl və ya mavitəhərdir, xaricdən tüklüdür; bayır çiçəkləri daxili çiçəklərdən iridir. İyun-avqust (sentyabr) aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir.
Azərbaycanda yayılması Azərbaycanda Samur-Şabran ovalığı, BQ (Quba), Qobustan, Kür-Araz ovalığı, ovalıqdan aşağı dağ qurşağına qədər, bəzən orta dağ qurşağına qədər yayılmışdır.
Yaşayış mühiti Transilvaniya qantәpәrinə yamaclarda, kolluqlar arasında, çaylaqlarda, dənizkənarı qumsallıqlarda, bəzən taxıl zəmilərində rast gəlinir. Əsasən səpələnmiş haldadır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Azərbaycan florası Kateqoriya:Meyvə bitkiləri