125 yaşlı sənət məbədi — qısametrajlı sənədli televiziya filmi rejissor Faiq Abbasoğlu tərəfindən 2008-ci ildə çəkilmişdir. Film Naxçıvan televiziyasında istehsal edilmişdir. Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub.

Məzmun Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub.

1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra görkəmli ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.

Filmdə teatrın tarixindən, burada çalışan teatr xadimlərindən bəhs olunur.

Filmin üzərində işləyənlər Ssenarist: Cəlil Vəzirov Rejissor: Faiq Abbasoğlu Operator: Zahir Rəhimov Rəssam: Əbülfəz Axundov

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2007-ci ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2008-ci ilin filmləri Kateqoriya:2008-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər