Mark Porsi Katon () — Qədim Roma yazıçısı, Roma ədəbi nəsrinin banisi, dövlət xadimi. E.ə. 198-ci ildə Sardiniyada pretor olmuşdur. E.ə.195-ci ildə konsul olarkən İspaniyada yerli tayfaların üsyanını yatırmışdı. Latın dilində yazmış ilk Roma tarixçisidir. Katon aristokrat nəslindən olmasa da, senator seçilmiş, ticarət və sələmçiliklə məşğul olan iri əyanları müdafiə etmişdir.
"Başlanğıclar" (Romanın ta qədimdən 2-ci Pun müharibəsinədək tarixi), "Əkinçilik haqqında" və s. əsərlərin, çoxlu nitq və məktubun müəllifidir. Oğlu Marka nəsihət təriqində yazılmış (dövrümüzədək gəlib çatmamışdır) ensiklopediya xarakterli kitab tərtib etmişdi. Karfagenin barışmaz düşməni olmuşdur və Karfagen məhv edilməlidir! frazasının müəllifidir.
Mənbə Y.Həsənov. Qədim Roma tarixi. Bakı, 1975
İstinadlar
Xarici keçidlər
Katon Katon Kateqoriya:Latın dilində yazan yazıçılar Kateqoriya:Roma Respublikasının pretorları Kateqoriya:Pedaqoqlar Kateqoriya:Qədim Roma tarixçiləri Kateqoriya:Latın tarixçiləri Kateqoriya:Avqurlar Kateqoriya:Qədim Roma hüquqşünasları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri