Kuassi Rayan Sessenyon () — Rayan Sessenyon kimi də tanınan, İngiltərənin Çempionşip təmsilçilərindən olan Fulhem klubunda müdafiənin sol cinahında çıxış edən peşəkar İngiltərə futbolçusu.
Şəxsi həyatı Sessenyon Londonun Roehempton bölgəsində anadan olmuşdur. Onun əkiz qardaşı Stiven də Fulhem akademiyasında çıxış edir.
Klub karyerası Sessenyon 2008-ci ildə Fulhem klubunun U-9 komandasına daxil olmuşdur. Sessenyon öz peşəkar karyerasında debütünü 9 avqust 2016-cı ildə 16 yaş və 81 günlüyündə Fulhem klubu ilə Liqa Kuboku görüşündə Leyton klubuna qarşı oyunda etmişdir. Sessenyon liqada debütünü 16 avqust 2016-cı ildə Çempionşipdə Lids Yunayted klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Fulhem rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır. Sessenyon peşəkar karyerasında ilk qolunu 20 avqust 2016-cı ildə liqa görüşündə Kardiff Siti klubuna qarşı oyunda vurmuşdur. Beləliklə, Sessenyon İngiltərə liqalarında 2000-ci illərdə anadan olanlar arasında oyuna çıxan ilk peşəkar futbolçu, əsas komanda ilə Çempionşip oyununda qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. Sessenyon PFA Çempionşip İlin Komandasına adını yazdırmışdır.
Milli karyerası 2016-cı ildə Sessenyon İngiltərə U-17 millisi ilə Avro U-17-də iştirak etmişdir.
Karyera statistikası
+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaFA KubokuLiqa KubokuDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolFulhem2016–17Çempionşip255321010307Ümumi karyera255321010307
Uğurları
Fərdi PFA Çempionşip İlin Komandası: 2016–17
İstinadlar
Xarici keçidlər Ryan Sessegnon profile at the Football Association website
Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:Fulhem FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Tottenhem Hotspur FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner İngiltərə futbolçuları Kateqoriya:İngiltərə U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:Hoffenhaym FK futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri