Karaqin körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. İlpır yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Materikin daxilinə 31 km məsafədə uzanır. Eni girişdə 35 km, maksimal dərinliyi 26 metrdir. Körfəzə tökülən çaylar: Mikkivayam, İqunavayam, Qnilaya, Alxovayam Kenaritxilvayam, Laperelamvayam. Şərq sahili sıldırımlıdır. Burada hündürlük 29 metrə çatır. Qərb və şimalı isə alçaqdır. Üstəlik bataqlıqlaşmışdır. İnzibati baxımından Rusiyanın Kamçatka diyarı ərazisinə daxildir.
Xəritə Xəritə
Kateqoriya:Kamçatka diyarı körfəzləri Kateqoriya:Berinq dənizi körfəzləri Kateqoriya:Karaqin körfəzi