Rada Ziyad qızı Nəsibova () — Azərbaycan teatr və kino aktrisası.

Həyatı Rada Nəsibova 29 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə daxil olmuş, 2005-ci ildə oranı prodüserlik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2002-2007-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində çalışmışdır. 2007-ci ildən indiyədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası olaraq fəaliyyət göstərir. İşlədiyi müddət ərzində o, müxtəlif janrlı obrazlar yaratmışdır.Nəsibova, R. “O zaman sevinərəm ki, hansısa filmimiz Oskar ala”. Rada Nəsibova: “Axı aktyorun səhnə həyatı ilə yanaşı şəxsi həyatı da var”...: [Akademik Milli Dram Teatrının aktrisası ilə müsahibə] /müsahibəni apardı Ramid İbrahimov //Bizim yol.- 2014.- 28 yanvar.- S.13.

Kinoda 2002-ci ildən fəaliyyət göstərir. 20-ə yaxın filmdə, 10-dan çox teatr tamaşasında rol almışdır.

Mükafatları 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları SıraTamaşaRolİllər1Oqtay EloğluSevər2NəsrəddinPəri3Ağa Kərim xan ƏrdəbiliLeyla4TəklifNataliya5TribunalNadya6Durnalar qayıdandaGünay7Məhəbbət əzablarıReyhan8Kömürçü ailəsiMərziyyə9Xurşidbanu NatəvanTəhminə10MesenatTələbə qız11Gəl, NovruzumBahar qızı12Varlı qadınCangüdən13KvazimodoQara təlxək14Şir və DovşanQarğa15Tülkü, Tülkü, TünbəkiBala dovşan16Sərgüzəşti vəziri xanı LənkəranŞölə xanım17Qanlı NigarBədidə18KabuslarMəşuqə19TeleskopRuh20ÖlülərZeynəb201620AlmazYaxşı201721Cəhənnəm sakinləriQonşu201722Boy çiçəyiXurşud201823Mənim günahımAyqız201924KölgəAnnunsiata201625YaşarYaqut2019

Filmoqrafiya SıraFilmRolİllər1Girovkəndli qız20052Mənim üçün varsanAynur20053Sarı gəlinFiruzə4Qu rəqsiSülhiyyə5100000 AZNQırmızı paltarlı qız20096GürzəNigar20097Qaydasız döyüşNigar20098İstanbul reysiFalçı20109YaddaşArzu201010Bir anın həqiqətiJurnalist11Ünvansız eşqLeyla12Aramızda qalsınLalə201113QayınanaSədaqət201114Bir ailəm varNazlı2013-201615Cehizsiz gəlinlər201616TelefonRəna201617ƏrafAna201818O gecəPəri201819Bir qadınNərgiz201920Köhnə çamadanlar2022

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları