Tural Hümbətov (24 yanvar 1994, Sankt-Peterburq, Rusiya) — müdafiəçi mövqeyində oynayan Azərbaycan futbolçusu. 2017-ci ildən Makedoniyanın "Pobeda" klubunda çıxış edir. 17, 19 və 21 yaşadək Azərbaycan yığma komandalarının şərəfini qoruyub.Azərbaycanlı futbolçu Makedoniya klubunda - Foto  Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə salınmışdır."Millimizin İslamiada üçün heyəti açıqlandı " Qol

Həyatı Tural Hümbətov 1994-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. Futbolla 10 yaşında məşğul olmağa başlamışdır, onun ilk klubu Vasili Aleksandroviç Kostrovskinin çalışdırdığı DYUSŞ "Smena" klubu olmuşdur. Bir il sonra o, Sankt Peterburqun "Turbostroitel" komandasına (indiki "Zenit-84") keçir, burada məşqçisi Protasov Sergey İvanoviç olur. Klubun kapitanına çevrilən Tural burada 4 il keçirir. 2009-cu ildən 2011-ci ilə qədər Romanov Sergey İvanoviçin rəhbərliyi altında olan SDYUŞOR "Zenit"in oyunçusu olur

2011-ci ildə Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur.

Klub karyerası

Çempionat

Rusiya 2011-ci ilin əvvəlində Zenit futbol komandasının Akademiyası ilə müqavilə bağlayır, 18 yaşadək komandanın tərkibində "Severo-Zapad" birinciliyində bir il keçirir. 2012-ci ildən 2013-cü ilə qədər 53 nömrə altındaСостав дубля Зенита 2012/13 (rusca) "Zenit" klubunun əvəzedici heyətinin üzvü idi.«Зенит» (Санкт-Петербург) Состав команды. Чемпионат России–2012/13 (rusca)

Moldova 2013-ci ilin fevralında "Nistru Otaci" adlı Moldova klubuna transfer olunur. Moldovalılarla bir illik müqavilə imzalamasına baxmayaraq, 2013-cü ilin iyulunda dizindəki zədə üzündən yarım illiyə sıradan çıxır və klubu tərk edir. "Nistru"nun əsas heyətində oynadığı müddətdə Moldovanın yüksək diviziyonunda 9 oyun keçirib və ümumilikdə 729 dəqiqə oynayıb.Tural Hümbətov moldova.sports.md saytında

Azərbaycan 2014-cü ildə Azərbaycana yollanır və yanvar ayında "Araz-Naxçıvan" klubu ilə illik müqavilə imzalayır. "Araz Naxçıvan" 10 futbolçunu sinağa çəkir Birinci diviziyonda yarımil çıxış etdikdən sonra, komandasıyla birgə Premyer Liqaya yüksəlir. Amma 3 aydan sonra komanda maddi səbəblərdən dağılır.

Bir ay sonra "İnter Bakı" ilə mövsümün sonunadək müqavilə imzalayır.

2015-ci ilin iyulunda Tərlan Əhmədovun dəvəti ilə "AZAL"-a keçir.

2017-ci ildə Makdeoniyanın "Pobeda" klubu Facebook hesabı ilə Tural Hümbətovla bir illik müqavilə imzaladığını açıqladı."Azərbaycanlı futbolçu Makedoniya klubunda - Foto"

Milli futbol karyerası

U-17 22 oktyabr 2010-cu ildə Faru şəhərində Azərbaycanın 17 yaşadək gənclərdən ibarət milli komandasının heyətində Avropa Çempionatının kvalifikasiya matçında Portuqaliya yığması ilə görüşdə debüt edib.Portugal U17 vs. Azerbaijan U17 2 - 0  (ingiliscə)

U-19 2011-ci ildən 2012-ci ilə qədər Azərbaycanın 19 yaşadək yeniyetmələrdən ibarət yığma komandasının üzvü olub və onun heyətində FİFA-nın birinci vitse-prezidenti Qranatkinin xatirəsinə həsr olunmuş futbol üzrə yeniyetmə komandaların beynəlxalq turnirində iki dəfə iştirak etmişdir.

Xarici keçidlər soccerway.com saytında hesabı (ingiliscə) Azərbaycan Peşəkar Futbol Liqasının saytında

Mənbələr transfermarkt.com saytında hesabı (ingiliscə) Player information on footballdatabase.eu (ingiliscə)

Kateqoriya:Sankt-Peterburqda doğulanlar Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular