Almaniya İmperatorluq Donanması və ya sadəcə İmperatorluq Donanması () — Almaniya İmperiyasının formalaması ilə yaranan Almaniya silahlı qüvvələrinin xüsusi qoşun növü. Almaniya İmperatorluq Donanması 1871-ci və 1919-cu illər arasında mövcud olmuşdur və Prussiya donanmasından (1867-ci ildən bəri Şimali Almaniya Federal Donanması) ayrı olaraq böyüyürdü. İmperator II Vilhelm, Almaniya İmperatorluq Donanmasını genişlədərək, Almaniya İmperiyası və Britaniya İmperiyası arasında dənizdə bir silahlandırma yarışına səbəb oldu. Belə davam edərək, Almaniya İmperatorluq Donanması, II Vilhelm dövründə, dünyanın ən böyük donanmalarından biri olmaya davam etdi və Britaniya Krallıq Donanmasının ardından dünyanın ikinci ən böyük donanması olmuşdur.

Birinci Dünya müharibəsində Almaniya İmperatorluq Donanması Birinci Dünya müharibəsinin əvvəllərində Almaniya İmperatorluq Donanmasının 22 drednout əvvəli döyüş gəmisi, 19 drednout döyüş gəmisi və 7 döyüş kreyseri var idi."Fleet Sizes — Forgotten Wrecks of the First World War". maritimearchaeologytrust.org. 18 iyun 2016 tarixində mənbəyindən arxivləndi. Admiral Alfred von Tirpitz dəniz qüvvələrinin komandiri olmuşdu. Donanmanın ən mühüm döyüşçüləri Açıq Dəniz Flotu və U-Qayıq flotu idi. Kiçik donanmalar Almaniyanın xarici torpaqlarına yerləşdirilib və bu gün Çində yerləşən Sindao şəhərində Almaniyanın Şərqi Asiya Flotuna göndərilmişdi.

İstinadlar

Xarici keçidlər Birinci Dünya müharibəsində Almaniya İmperatorluq Donanması Almaniya Donanma Tarixi Almaniya İmperatorluq Donanması 1914 Almaniya İmperatorluq Donanmasının Yayılması 1914 Birinci Dünya müharibəsində U-boat müharibəsi Hoch Deutschlands Flotte! Amazon-da Hoch Deutschlands Flotte! Music of the Imperial German Navy in Archival Recordings, 1907–1917

Kateqoriya:Kil İmperatorluq Tərsanəsi Kateqoriya:Almaniya İmperatorluq Donanması Kateqoriya:1871-ci ildə yarananlar Kateqoriya:1919-cu ildə ləğv olunanlar Kateqoriya:Almaniya imperiyası