Yerin öz oxu ətrafında fırlanmasını sübut etmək üçün cihazdır. 1851-ci ildə Paris Panteonunda L.Fuko bu təcrübəni göstərmişdir. Leninqradda İsaakiyevski soborun tavanından 98 m uzunluğunda belə bir rəqqas asılmışdır. Rəqqas hərəkətə gətirildikdən bir neçə dəqiqə sonra onun yelləndiyi müstəvi Yerin fırlandığı istiqamətin əks tərəfinə xeyli meyil edir ki, bu da Yerin fırlanmasını sübut edirO.Osmanov, B.Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı - 1979. Həmçinin bax Yer Yerin tarixi Yerin quruluşu
İstinad
Kateqoriya:Coğrafi terminlər