Kamçadallar — ruslara daxil olan etnoqrafik qrup. Şərqi slaviyanlara aiddirlərKamçadallar Kamçatka diyarı, Maqadan vilayəti, Çukotkla ərazilərində yaşayan müasir əhalinin böyük qismi nəzərdə tutulur. Kamçadallar rusların bölgəni istilasından sonra bura köçürülmüş ruslarla yerli şimal xalqlarının qarışığından ibarət bir etnosdurlar. XVIII əsrdə Kamçadallar termini işlədildikdə İtelmenlər nəzərdə tutulurduИтельмены. // Большая Советская энциклопедия, 1953 г. том 19, стр. 552
Buda əbəs yerə deyildir. Kamçadalların kamçadalların mədəniyyətinə İtelmenlərin təsiri daha çox olmuşdur. Ancaq az miqdarda olsa belə onların mədəniyyətində koryaklar, çuvaşların təsiridə danılmazdır. Kamçadalların formalaşmasında xristianlıq mühüm rol oynamışdır. Belə ki yerli əhalinin xristianlığı qəbul etməsi ilə yerli adətlərdən uzaqlaşmış, öz övladlarına rus adları qoymuşlar. Bununlada qarışıq mədəniyyətlərin fomalaşması mümkün olmuşdur. Kamçadalların ana dili rus dilidir. Səyyah Stepan Petroviç Kraşeninikov əsərində lokal dialektiv qrupları qeydə almışdır: Kşaqji, Kıxçeren - Jupankova və Nemtik çayları arasıadakı ərazidə; Çupaju və yaburin — Yuxarı kamçatka ərazilərindən Jupakova çayına qədər; Linqurin — Hemtik və Beloqolovoy çayları arasında; Kuleslər — Beloqolovoy çayından şimalda.
Bölgədə daimi rus əhalisi 1750-ci ildən etibarən meydana gəlmişdir. Bölgəyə gələn ruslarla itelmenlər və degər şimal xalqları qarışmış və qarışıq mədəniyyətə malik etnos formalaşmışdır. XX əsrin əvvəllərində Rus-İtelmen qarışığından ibarət olan 3600 Kamçadal yaşayırdı.Ümini dil olaraq isə rus dili istifadə edilirdi. Kamçadalların həyatına digər etnosların təsiri danılmaz olsa da, balıqçılıq, odlu silahla ov, bağça təsərrüfatı və südçülük istiqamətli maldarlıq onların rus kökənli xüsusiyyətlərini qoruyub saxlamasını göstərir. Sovet döpnəmində isə onlar bu sahəli kolxoz və sovxozlara cəlb olunmuşlar. Kamçadalların rusiyanın rayon və şəhərlərində sayı 1926-cı ildə kamçadalların ümumi sayı 3704 nəfər olmuşdur. 1994-cü ildə isə Kamçadalların sayı 9 min olaraq qiymətləndirilidi. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən Rusiya ərazisində 2293 kamçadalПостановление Правительства Российской Федерации от 24 марта 2000 года № 255 «О едином перечне коренных малочисленных народов Российской Федерации» yaşayır.
2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən Kamçatka ərazisində Kamşadalların sayı ümumi əhalinin 5 % keçmirhttp://std.gmcrosstata.ru/webapi/opendatabase?id=vpn2002_pert База микроданных Всероссийской переписи населения 2002 года:
Kamçatka diyarı:
Klyuçi qəsəbəsi - 472 nəf.
Milkovo kəndi - 388 nəf.
Petropavlovsk-Kamçatski şəhəri - 216 nəf.
Ust-Kamçatsk - 182 nəf.
Kamçadalların Rusiyanın şəhər və rayonlarında say faizi: İnzibati rayon, şəhər dairəsiRusiya FEderasiyasının subyektləri% Kamçadallar Mulkovski rayonuKamçatka8,8
Maqadan vilayətinin Oxot dənizi sahillərində Ola, Qijika, Yamsk, Tauysk, Arman və s. kəndlərində də yaşayırlar özlərini Kamçadal adlandırırlar
İstinadlar
Mənbə İtrlmen dili (Kamçadal)
Ədəbiyyat Народы России: живописный альбом, Санкт-Петербург, типография Товарищества "Общественная Польза", 3 декабря 1877, ст. 527 Хаховская Л. Н. Камчадалы Магаданской области (история, культура, идентификация). Магадан, 2003 В. С. Пикуль "Богатство".
Kateqoriya:Etnik qruplar Kateqoriya:Asiyada yaşayan etnik qruplar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar