() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Yaponiya, Koreya və Çindir.
Botaniki xarakteristikası Hündürlüyü 3–5 m olan həmişəyaşıl koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, üzbəüz düzülüşlü, dərili, enli yumurtavari və küt ucludur. Çiçəkləri ağ rəngdə olub, ətirli və süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçək oxunun uzunluğu 5-15 sm-ə çatır. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvələrin diametri 5–6 mm olan, qara rəngli, zəhərli giləmeyvədir. Toxumları oktyabr ayında tam yetişir və yetişmiş toxumları uzun müddət bitkinin üzərində qalır. Toxum və qələmlə asanlıqla çoxaldılır.
Ekologiyası Quraqlığa və şaxtaya davamlıdır. Zərərvericilərlə az yoluxur. Bitkini budamaqla müxtəlif forma vermək olar.
Azərbaycanda yayılması Bakıda, Gəncədə və bir sıra rayonlarda park və bağlarda rast gəlinir.
İstifadəsi Azərbaycanın bütün bölgələrində bu bitkidən yaşıllaşdırma məqsədilə istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1780-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Şimali Koreya florası Kateqoriya:Çin florası Kateqoriya:Yaponiya florası Kateqoriya:Tayvan florası Kateqoriya:Nansey adaları florası