() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Aralıq dənizi sahilləri, Ön Asiya, Qərbi və Cənubi Zaqafqaziyadır.
Botaniki xarakteristikası Hündürlüyü 9 m-ə qədər olan, sıx, yumru çətirli, həmişəyaşıl kol və ya kiçik ağacdır. Yarpaqlarının uzunluğu 6 sm, enli-yumurtavari və ya oval formalı, tünd yaşıl rənglidir. Çiçəkləri ətirli, yaşımtıl-ağ rəngli, diametri 1 sm olan qalxanlara yığılmışdır. May-iyun aylarında çiçəkləyir. Meyvələri oktyabr ayında yetişir, dairəvi, mavi-qara rəngli və çəyirdəklidir. Qələmlə çoxaldılır.
Ekologiyası Drenajlı torpaqlarda, günəşli və küləkdən qorunan yerlərdə yaxşı bitir. Parlaq yarpaqlarına görə çox dekorativdir, asanlıqla budanır.
Azərbaycanda yayılması Bakı, Gəncə və s. rayonlarda park və bağlarda rast gəlinir.
İstifadəsi Abşeronun yaşıllaşdırılmasında, qrup əkinlərində və ensiz alleyaların salınmasında istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları