thumb|350px|right|Butan əhalisinin cins və yaş tərkibini göstərən piramida (2015) Butan hakimiyyətinin rəsmi saytına görə ölkədə 683 407 nəfər yaşayır (2008—2009)Butan hakimiyyətinin rəsmi saytı —. The World Factbooka görə ölkə əhalisi 699 847 nəfərdir.
Milli tərkibi Ölkənin əsas əhalisi bhotiyalar, yaxud butanlılardır: şarçoplar (26%; 2005), yaxud şərqi butanlılar; dzonq-ke dilində danışan bhotiyaların özləri, yaxud mərkəzi butanlılar (23%); bumtanqpalar, yaxud kebumtamplar, qərbi butanlılar (6%). Digər Tibet-Birma xalqları: khenqlər (8%), dakpalar (6%), matpalar (4%), dzalalar (3%), qurunqlar (3%), lepçalar (2%), kurteoplar (2%), nyempalar (2%), nepallılar (0,5%). Əhalinin 8%-ini Hindistandan gəlmələr təşkil edir, onların da 6%-i assamlılardır.
Təbi artım Əhalinin ortaillik artımı 2,1%-dir, 1000 nəfərə doğum səviyyəsi 34 nəfər, ölüm səviyyəsi 13 nəfərdir. Uşaq ölümü 1000 nəfər diri doğulan uşağa 100 nəfərdir (2005). Fertillik göstəricisi 1 qadına 4,8 uşaqdır.
Yaş tərkibi Əhalinin yaş tərkibi: 14 yaşadək – 39,1%, 15 yaşdan 64 yaşadək – 56,9%, 65 yaşdan yuxarı – 4%. Əhalinin orta yaş həddi 20,3 ildir. Gözlənilən orta ömür müddəti 54,4 ildir (kişilərdə 54,7; qadınlarda 54,1 ildir). Hər 107 kişiyə 100 qadın düşür (2005).
Sıxlıq Əhalinin orta sıxlığı 1 km2 -də 16,7 nəfərdir. Ölkənin cənubundakı düzənliklər və şərqindəki münbit Traşiqanq vadisi ən sıx məskunlaşmış rayonlardır. Əhalinin 21%-i şəhərlərdə yaşayır (2002; 1970 ildə 3%). İri şəhərləri (min nəfər, 2005): Thimphu – 69 və Phunçholinq – 17; digər şəhərlərin əhalisi 10 min nəfərədəkdir.
Savadlılıq Ölkə əhalisinin 15 yaş və ondan yuxarının oxumaq və yazmaq göstəricisi - 64,9%-dir. Kişilərdə bu göstərici - 73,1%, qadınlarda isə - 55% ( 2015-ci il)
Əmək ehtiyatları Əməkqa biliyyətli əhali 227,7 min nəfərdir (2001), əcnəbi fəhlələr (əsasən, nepallılar) – 50 min nəfərdir. Məşğulluğun sahəvi strukturu: kənd təsərrüfatında – 93%, xidmət sferasında – 5%, sənayedə – 2% (2002).
Din Ölkə əhalisinin təxminən 75%Национальные парламенты мира : энцикл. справ. / А. Х. Саидов. — М. : Волтерс Клувер, 2005. — С. 253. - 84% inancı tibet buddizminə aiddir. Daha çox Drukpa Kaqyu və Ninqma məktəbləri üstünlük təşkil edir. Hər iki istiqamət buddizmin Maxayana qoluna aiddir. Bunan əhalisinin 11% - 25% hinduizmə sitayiş edir. Məhs Nepaldan və Hindistandan gəlmələr hinduistlərdir. Xristianlar, əsasəndə katoliklər ölkə əhalisinin1 % -ni təşkil edir.
İİV/QİÇS göstəricisi 2011-ci ildə Butanda 246 QİÇS infeksiyasına tutulma qeydə alınmış. Bu ölkə əhalisinin 0,03% -ni təşkil edir. 2010-cu ildə bu göstərici 217 nəfər idi. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramına görə isə bur rəqəm 500 nəfərdən çoxdur. 2010-cu ildə Butanda bu xəstəlikdən 40 nəfərin ölməsi qeydə alınmış.
Mənbə
İstinadlar
Kateqoriya:Butan əhalisi