Şnitsel (; schnitzen — doğramaq, kəsmək sözündəndir) — unlama və isti yağda qızartma (fritür) yolu ilə hazırlanan nazik ət dilimiDigitales Wörterbuch der deutschen Sprache Schnitzel. Düzgün bişirilmiş şnitsel qızılı-narıncı rəngdə və xırtıldayan olur. İlk növbədə dana ətindən hazırlanan şnitsel adı ilk növbədə Vyana mətbəxinə aid edilir və XIX əsrin ikinci yarısından etibarən geniş yayılmışdır. Alman dilindən tərcümədə "şnitsel" — "tikə, parça", "dilim" mənalarında tərcümə olunurAmerican Heritage Dictionary of the English Language, s.v. . Şnitsel çex analoqu — rjizekdir (). Şnitselin müxtəlif növləri vardır. Məsələn, Vyana şnitseliWiener Schnitzel , Berlin şnitseliBarbara Otzen, Hans Otzen: DDR-Kochbuch. Komet, Köln 2004, ISBN 3-89836-350-3., Paris şnitseli, ovçu şnitseli, Hamburq şnitseli və s. Argentina, Boliviya, Braziliya, Paraqvay, Çili, Peru, Uruqvay və Venesuelada bu yemək milanesa adlanır.
Qalereya
Ədəbiyyat Erhard Gorys: Das neue Küchenlexikon. Von Aachener Printen bis Zwischenrippenstück. 11. aktualisierte Neuausgabe. dtv 36245, München 2007, ISBN 978-3-423-36245-0 Gerd Freudenberg, Jürgen Herrmann, Bernd Patzig: Lehrbuch für Köche. Teil 4: Speisenlehre und Angebotslehre.Fachbuchverlag, Leipzig 1977.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Almaniya mətbəxi Kateqoriya:Avstriya mətbəxi Kateqoriya:Qaraçı mətbəxi Kateqoriya:Donuz əti xörəkləri Kateqoriya:İsrail mətbəxi