Minirə Məmmədəli qızı Ağahüseynova (d. 26 mart 1949, Bakı, Azərbaycan SSR) - Azərbaycan kimyaçısı, kimya elmlər doktoru, professor, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ümumi kimya kafedrası müdiri.

Həyatı Minirə Ağahüseynova 26 mart 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Neft və Kimya İnstitunun kimya-texnologiya fakültəsini bitirmişdir. 1989-cu ildə kimya elmlər doktoru, 1991-ci ildə isə professor adını almışdır.

Fəaliyyəti Minirə Ağahüseynova 1993-cü ildən Azərbaycan Dövlət Neft Akademiyasının ümumi və qeyri-üzvü kimya kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Elmi araşdırmaları keçid metalların kompleks birləşmələrinin kimyası, alınma üsulları, quruluşları sahəsinə aiddir. 250-dək elmi əsərin,20 dərslik və dəsr vəsaitinin, 6 ixtiranın və 2 ixtira patentinin müəllifidir. Minirə Ağahüseynova Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü (1995), Avropa Kimya Cəmiyyətinin üzvü (1997), Beynəlxalq Eko-Energetika Akademiyasının akademiki (1998) seçilmişdir.

Mükafatları Minirə Ağahüseynova 2000-ci ildə Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, Böyük Britaniya) tərəfindən "Minilliyin adamı" fəxri adına, 2010-cu ildə isə "Əməkdar müəllim" adına layiq görülmüşdür. İstinadlar