right|170px Şahzadə — tarotun böyük arkanlarına aid olan, 3 nömrəli kartdır.

Kartın təsviri Kartda taxtda əyləşmiş əzəmətli bir qadın təsvir olunur. O, hökmdarlıq rəmzlərinə malikdir. Kartda tac, derjava və skipetr, həmçinin üzərində heraldik qartalı var.

Şahzadə çiçəklənən bağların və rifahın ilahəsi kimi təqdim olunur. Venera simvolu ilə yanaşı, qadının ətrafı sıx bitki örtüyü ilə əhatələnmişdir və onun geyimi çiçək naxışlıdır; bu naxışlar qızılgül simvolu ilə Venera simvolunun birləşməsindən ibarətdir. Qadının başında 12 ağ heksaqrammadan (altıguşəli ulduzdan) ibarət diadema vardır. Bu kart Ueyt kolodasındakı astroloji simvolikaya malik nadir kartlardan biridir.

İstinadlar

Kateqoriya:Tarot