Şahzadə Lüdovik Aleksandr Mauntbetten (; ) — Böyük Hesse hersoqu II Lüdovikin nəvəsi, Krallıq donanmasının üzvü.

Avstriyada doğulmasına, İtaliya və Almaniya böyüməsinə baxmayaraq Şahzadə Lüdovik 14 yaşında Britaniya Krallıq donanmasına qatıldı. Uzun illər xidmət etməsinin ardından Birinci Dünya müharibəsinin başlaması ilə vəzifədən alındı. Buna səbəb isə alman şahzadəsi olması idi. Beləcə, 1917-ci ildə V Corcun tələbiylə bütün alman ünvanlarından imtina etdi və soyadının ingilisləşmiş versiyası olan Mauntbetten soyadını aldı. Həmin ilin sonlarında Milfor Haven markizi ünvanı aldı və ölümünədək bu ünvanı daşıdı.

30 aprel 1884-cü ildə əmisi oğlu Böyük Hesse hersoqu IV Lüdovikin qızı Şahzadə Viktoriya ilə Darmştadtda evləndi. Üstəlik, gəlin Kraliça Viktoriyanın nəvəsi idi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.

Alisa Battenberq (1885-1969) Luiza Battenberq (1889-1965) Georq Battenberq (1892-1938) Luiz Battenberq (1900-1979)

Mənbə

Ədəbiyyat

ADM 196/38 Battenberg Service Record at The National Archives (fee payable for download).

İstinadlar Kateqoriya:Almanlar Kateqoriya:Britaniya şəxsləri