Turin Kral sarayı () — şimali İtaliyanın Turin şəhərində yerləşən Savoyya sülaləsinə məxsus tarixi saraydır. Saray XVI əsrdə inşa edilsə də, XVII əsrdə Savoyya hersoginyası Burbonlu Kristina Mariyanın sifarişiylə italyan memarı Filippo Xuvarra tərəfindən restavrasiya edildi.
1946-cı ildə dövlət mülkiyyətinə keçən saray muzeyə çevrildi. 1997-ci ildə Savoyya sülaləsinə məxsus 13 digər saray-kompleksiylə birlikdə YUNESKO Ümumdünya İrsi siyahısına daxil edildi.
Mənbə
Ədəbiyyat
Il Palazzo Reale, collana Le grandi Residenze Sabaude, Umberto Allemandi, Torino, 2007. Palazzo Reale a Torino. Allestire gli appartamenti dei sovrani (1660-1790), a cura di G. Dardanello, Torino, Editris 2016
İstinadlar
Kateqoriya:İtaliyadakı ümumdünya irsi