Meral Akkənt (; ) — türk sosioloqu, alim və feminizm ideologiyası müdafiəçisi. O, Türkiyənin ilk, dünyanın isə üçüncü şəhər qadın muzeyi olan İstanbul Qadın Muzeyinin konsepsiya tərtibatçısı və kuratorudur (2011–2021).

Həyat və fəaliyyəti Meral Akkənt "Qadın tarixi və gender tədqiqatları" üzrə mütəxəssisdir. Eyni zamanda qadın muzeyləri üzərində də çalışır.

Regional-Beynəlxalq Qadın Mədəniyyəti Muzeyinin (Fürth, Bavariya regionu, 2001) təsisçisi, virtual İstanbul Qadın Muzeyinin (2012) konsepsiya müəllifi və kuratorudur. "Women of One World – Centre for Intercultural Research of Women’s Everyday Life and International Exchange" (Nürnberq, 1989) və İstanbul Qadın Mədəniyyəti Fondunun (İstanbul, 2011) təsisçi üzvüdür.

Meral Akkənt 20-22 oktyabr 2016-cı ildə İstanbulda keçirilən Qadın Muzeyləri Konfransından sonra verdiyi müsahibəsində ənənəvi muzeylərin tarixi təqdimatındam qadınların rolunun qeyd edilməməsini tənqid edərək, alternativ muzeylər yaratdığını bildirərək, bu səbəbdən qadın muzeylərinin mühüm əhəmiyyət kəsb etdiyini müdafiə edərək deyib: "Qadın tədqiqatları məlumatlarını elmin nəzəri mühitindən çıxardıb, praktikada tətbiq etdilər".

Meral Akkənt 1987-ci ildə Qabi Franqer ilə birlikdə "Başörtü" kitabını yazıb. Kitabda baş örtüyünün tarixindən söhbət açılıb. Eyni zamanda, baş örtüyünün patriarxal xarakteri və qadınların baş örtüyü taxma səbəbləri də araşdırılıb.

1991-ci ildə "Frauen-Anstiftung" tərəfindən təşkil edilən və özünün də keçirilməsində fəal iştirak etdiyi beynəlxalq iclasın protokollarını 1994-cü ildə "Qadın hərəkatının təsisatlanması: İmkanlar və risklər" adı ilə kitab halına salıb.

2019-cu ildə S.Nehir Kovar ilə birlikdə hazırladığı "Feminist pedaqogika: Muzeylər, yaddaş məkanları və xatırlama praktikalar" kitabında isə sosial yaddaşın transformasiyasında feminist pedaqogikanın rolu, feminist nəzəriyyə və feminist hərəkatın sosial yaddaş sahəsinə təsirləri, qadın və gender muzeylərində, həmçinin yaddaş məkanlarında hansı feminist pedaqoji yanaşmaların işlənib hazırlandığı və tətbiq olunduğu məsələləri üzərində dayanıb.

Kitabları

1991-ci ildə "Frauen-Anstiftung" tərəfindən təşkil edilən və özünün də keçirilməsində böyük töhfə verdiyi beynəlxalq yığıncağın protokollarını 1994-cü ildə "Qadın Hərəkatının Təsisatlanması: İmkanlar və Risklər" adı ilə kitablaşdırdı.

Layihələri Avropa İttifaqı və "Hochschule Rhein Main", "Universität Kassel", "FHS Bamberg" kimi universitetlərlə əməkdaşlıq çərçivəsində Almaniya (1975–1992), Qazaxıstan (1992–2000) və Ukraynada (2004–2011) qadın siyasəti üzrə təhsil layihələri.

"İnklüzivlik" İstanbul Qadın Muzeyinin əəsas prinsipidir. Türkiyənin ilk qadın muzeyi olan İstanbul Qadın Muzeyi 25 sentyabr 2012-ci ildə virtual muzey olaraq türk, ingilis, italyan və alman dillərində fəaliyyətə başlayıb. İstanbul Qadın Muzeyi Beynəlxalq Qadın Muzeyləri Assosiasiyasının üzvüdür.

İstinadlar

Kateqoriya:XX əsr Türkiyə yazıçıları Kateqoriya:Yaşayan insanlar