Ağlavaşlı (əvvəlki adları: Alabaşlı; Qasım İsmayılov) — Azərbaycan Respublikasının Şəmkir rayonunun Ağlavaşlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Şəmkir rayonunun Qasım İsmayılov kənd inzibati ərazi dairəsi tərkibindəki Qasım İsmayılov kəndi Ağlavaşlı kəndi adlandırılmış, Qasım İsmayılov kənd inzibati ərazi dairəsi Ağlavaşlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.
Tarixi Kəndin əsl adı Alabaşlıdır. 1943-cü ildə dəyişdirilərək bolşevik inqilabçı Qasım İsmayılovun şərəfinə adı Qasım İsmayılov olaraq dəyişdirilmişdi. 12 iyun 2018-ci ildə kəndin adı Ağlavaşlı olaraq yenidən qoyulmuşdu.
Alabaşlı toponiminin mənası türk mənşəli söz olub "ala" və "baş"(lı) sözlərindən ibarətdir. Xalq etimalogiyasına görə isə "Ağ" və "lavaş" sözlərinin birləşməsindən yaranmış bir mürəkkəb yer adıdır, toponimdir.
Kənd əhalisinin sayı 2011-ci ildə 2478 nəfərdir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şəmkir rayonunun kəndləri